• Kolonoskopiya — 96 AZN
  • Qastroskopiya (narkozsuz) — 72 AZN
  • 31 dekabra qədər
Qastroskopiya və kolonoskopiyaya 20% endirim
Çekap Mərkəzi
Tibbi Mərkəz

Çekap Mərkəzi

Erkən aşkarlama və qabaqlayıcı diaqnostika üçün hərtərəfli sağlamlıq müayinəsi proqramları.

Mərkəz haqqında

Çekap Mərkəzi sağlamlığınızın ümumi vəziyyətini qiymətləndirmək və mümkün risk amillərini hələ simptom yaranmamışdan aşkar etmək üçün nəzərdə tutulmuş hərtərəfli müayinə proqramları təklif edir.

Yaş, cins və fərdi risk amillərinə uyğun formalaşdırılmış diaqnostika paketləri vasitəsilə, bir gün ərzində laboratoriya analizlərindən tutmuş instrumental müayinələrə qədər tam mənzərəni əldə edirsiniz. Nəticələr təcrübəli mütəxəssislər tərəfindən şərh olunur və zəruri hallarda müvafiq bölmələrə yönləndirmə təmin edilir.

Üstünlüklərimiz

Nəticə bir gün ərzində hazır olur

Bütün müayinələr bir gün ərzində aparılır və nəticələr qısa müddətdə hazır olur. Həkimlər müayinə nəticələrinə uyğun öz tövsiyələrini verir

Əsas fərdi risk amilləri qiymətləndirilir

Yaş, cins və ailə tarixçəsinə uyğun formalaşdırılmış müayinə paketləri hər bir pasient üçün əsas risk amillərini dəyərləndirməyə imkan verir

Təcrübəli mütəxəssis komandası

Nəticələr müvafiq sahələr üzrə üzrə ixtisaslaşmış həkimlər tərəfindən şərh olunur

Müasir diaqnostik infrastruktur

Laboratoriya və instrumental müayinələr klinikanın öz bazasında mövcud olan müasir avadanlıqlar vasitəsilə aparılır

Pasiyent yolu

  1. 1

    Qeydiyyat və ilkin konsultasiya

    Sağlamlıq tarixçənizin öyrənilməsi və uyğun paketin seçilməsi.

  2. 2

    Laboratoriya analizləri

    Qan və digər zəruri analizlərin götürülməsi.

  3. 3

    İnstrumental müayinələr

    USM, EKQ və digər zəruri diaqnostik müayinələr.

  4. 4

    Nəticələrin qiymətləndirilməsi

    Mütəxəssis tərəfindən bütün nəticələrin ümumi təhlili.

  5. 5

    Yekun məsləhət

    Fərdi tövsiyələr və zəruri hallarda əlavə müayinəyə yönləndirmə.

Həkimlər

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk