Klinikanın tarixi
Stimul Hospital fəaliyyətə başladığı gündən davamlı inkişaf edərək yeni tibbi istiqamətlər yaratmış, yüksək tələbat olan xidmətləri ixtisaslaşmış mərkəz və şöbələrdə birləşdirmiş, fəaliyyət coğrafiyasını genişləndirmiş və çoxprofilli tibb mərkəzlərinin sayını artırmışdır. Bu gün Stimul Hospital müasir tibbi texnologiyaları, peşəkar həkim heyətini və beynəlxalq standartlara uyğun xidmət keyfiyyətini özündə birləşdirən müasir tibb müəssisəsidir. Klinikada 47-dən çox tibbi istiqamət üzrə diaqnostika, müalicə və profilaktik xidmətlər göstərilir.

