Təsiredici maddə
Deksametazon + ofloksasin
İstehsalçı
Laboratorio Edol-Produtos Farmaceuticos SA
Ölkə
Portuqaliya

Flokort tərkibində deksametazon və ofloksasin olan kombinə göz damcısıdır. Portuqaliyada Laboratorio Edol-Produtos Farmaceuticos SA tərəfindən istehsal olunur. Bakterial infeksiya ilə gedən konyunktivit və blefaritdə, həmçinin göz əməliyyatlarından sonra iltihab və infeksiyanın qarşısını almaq üçün istifadə edilir.

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Buraxılış formaları

Azərbaycanda qeydiyyatda olan formalar (Tarif Şurasının reyestri üzrə). Doza məhsulun tərkibini göstərir, qəbul qaydası deyil.

Forma Tərkib Qablaşdırma
Damcı (3 + 1) mq/ml Flakon 5 ml №1

Deksametazon + ofloksasin haqqında qısa

Nə üçün istifadə olunur

  • Bakterial infeksiya ilə gedən konyunktivit, blefarit, blefarokonyunktivit
  • Göz əməliyyatlarından sonra iltihab və infeksiyanın qarşısının alınması
Ətraflı

Kimlərə olmaz

  • Komponentlərə, ftorxinolonlara qarşı yüksək həssaslıq
  • Gözün virus, göbələk və vərəm infeksiyaları
  • Buynuz qişanın epitel defekti
  • Qlaukoma (həkim qərarı ilə)
Ətraflı

Deksametazon + ofloksasin: təsiri, əlavə təsirləri, qarşılıqlı təsir →

Tez-tez verilən suallar

Ofloksasin bakteriyalara təsir edən antibiotikdir, deksametazon isə iltihabı azaldan kortikosteroiddir.

Kortikosteroidli göz damcılarının uzunmüddətli istifadəsi göz daxili təzyiqin artmasına səbəb ola bilər. Müalicə müddətini oftalmoloq müəyyən edir.

Əlaqəli xəstəliklər

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk