Təsiredici maddə
Sarmaşıq yarpağı ekstraktı
İstehsalçı
İordaniya Əczaçiliq Müəssisəsi / Delass Natural Products
Ölkə
İordaniya

Hederal — İordaniyada istehsal olunan, sarmaşıq yarpağı ekstraktı saxlayan bitki tərkibli öskürək şərbətidir. Sarmaşıq yarpağı bəlğəmi durulaşdıran və onun xaric olunmasını asanlaşdıran vasitə kimi istifadə olunur. Azərbaycanda şərbət şəklində qeydiyyatdadır.

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Buraxılış formaları

Azərbaycanda qeydiyyatda olan formalar (Tarif Şurasının reyestri üzrə). Doza məhsulun tərkibini göstərir, qəbul qaydası deyil.

Forma Tərkib Qablaşdırma
Şərbət 7,4 mq/ml Flakon 100 ml №1

Sarmaşıq yarpağı ekstraktı haqqında qısa

Nə üçün istifadə olunur

  • Kəskin bronxit və tənəffüs yolu infeksiyalarında bəlğəmli öskürək
  • Xroniki iltihabi bronx xəstəliklərində öskürəyin yüngülləşdirilməsi — kompleks müalicədə
Ətraflı

Kimlərə olmaz

  • Sarmaşığa və ya çətirkimilər fəsiləsinin bitkilərinə qarşı allergiya
  • Fruktoza dözümsüzlüyü (bəzi şərbətlərdə sorbitol var) — tərkibə baxın
  • Damcı formaları: tərkibində etanol ola bilər
  • Uşaqlar — istehsalçının göstərdiyi yaşdan aşağı
Ətraflı

Sarmaşıq yarpağı ekstraktı: təsiri, əlavə təsirləri, qarşılıqlı təsir →

Analoqları

Eyni təsiredici maddəli preparatlar. Doza, forma və köməkçi maddələr fərqlənə bilər — əvəzetmə barədə həkim və ya əczaçı ilə məsləhətləşin.

Prospan — qablaşdırma

Prospan

Engelhard Arzneimittel GmbH və Ko KG, Almaniya

Hedeliks — qablaşdırma

Hedeliks

Krevel Moyzelbax GMBH, Almaniya

Hederavef — qablaşdırma

Hederavef

Vefa İlaç San ve Tic AŞ, Türkiyə

Hedespan

Vetprom AD, Bolqarıstan

Tuspan

Sofarma ASC, Bolqarıstan

Bütün preparatlar: Sarmaşıq yarpağı ekstraktı →

Tez-tez verilən suallar

Sarmaşıq yarpağı əsasən bəlğəmli öskürək üçün nəzərdə tutulub. Quru, boğucu öskürək zamanı səbəbi həkim müəyyən etməlidir.

Uşaqlar üçün istifadə imkanı və yaş həddi təlimatda göstərilir. Kiçik uşaqlarda öskürək nəfəs darlığı və ya hərarətlə müşayiət olunursa, əvvəlcə pediatra müraciət edin.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk