Fepatil — qablaşdırma
Təsiredici maddə
Fenofibrat
İstehsalçı
Deva Holding Aş
Ölkə
Türkiyə

Fepatil tərkibində fenofibrat olan lipidsalıcı preparatdır. Türkiyədə Deva Holding Aş tərəfindən kapsul şəklində istehsal olunur. Fenofibrat ağır hipertriqliseridemiyada və qarışıq dislipidemiyada istifadə edilir.

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Buraxılış formaları

Azərbaycanda qeydiyyatda olan formalar (Tarif Şurasının reyestri üzrə). Doza məhsulun tərkibini göstərir, qəbul qaydası deyil.

Forma Tərkib Qablaşdırma
Kapsul 267 mq Blister №30

Fenofibrat haqqında qısa

Nə üçün istifadə olunur

  • Ağır hipertriqliseridemiya (pankreatit riskinin azaldılması)
  • Qarışıq dislipidemiya — statinlər uyğun olmadıqda və ya statinə əlavə olaraq (yüksək triqliseridlər və aşağı YSLP olduqda)
  • 2-ci tip diabetdə dislipidemiya (həkimin qərarı ilə)
Ətraflı

Kimlərə olmaz

  • Fenofibrata qarşı yüksək həssaslıq
  • Ağır qaraciyər və ya böyrək çatışmazlığı
  • Öd kisəsi xəstəlikləri
  • Xroniki və ya kəskin pankreatit (hipertriqliseridemiya ilə əlaqəli olmayan)
Ətraflı

Fenofibrat: təsiri, əlavə təsirləri, qarşılıqlı təsir →

Analoqları

Eyni təsiredici maddəli preparatlar. Doza, forma və köməkçi maddələr fərqlənə bilər — əvəzetmə barədə həkim və ya əczaçı ilə məsləhətləşin.

Bütün preparatlar: Fenofibrat →

Tez-tez verilən suallar

Hər ikisinin təsiredici maddəsi fenofibratdır. Fərq istehsalçıda və kapsulun növündədir.

Fenofibrat əsasən triqliseridləri azaldır, statinlər isə əsasən xolesterini aşağı salır.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk