Genferon — qablaşdırma
İstehsalçı
Biokad Qsc
Ölkə
Rusiya
Farmakoloji qrup
İmmunostimulyatorlar

Genferon tərkibində interferon alfa-2b, benzokain və taurin olan kombinə preparatdır. Rusiyada Biokad Qsc tərəfindən şam şəklində istehsal olunur. Qadınlarda və kişilərdə urogenital infeksiyaların kompleks müalicəsində istifadə edilir.

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Buraxılış formaları

Azərbaycanda qeydiyyatda olan formalar (Tarif Şurasının reyestri üzrə). Doza məhsulun tərkibini göstərir, qəbul qaydası deyil.

Forma Tərkib Qablaşdırma
Şam 0,5 MIU + (55 + 10) mq Blister №10
Şam 1 MIU + (55 + 10) mq Blister №10

İnterferon alfa-2b + benzokain + taurin haqqında qısa

Nə üçün istifadə olunur

  • Qadınlarda urogenital infeksiyalar: vaginit, servisit, bakterial vaginoz, vaginal kandidoz, xlamidioz, trixomoniaz, təkrarlanan genital herpes (vaginal istifadə)
  • Kişilərdə urogenital infeksiyalar: uretrit, prostatit, balanopostit (rektal istifadə)
Ətraflı

Kimlərə olmaz

  • İnterferona, benzokainə, taurinə və ya digər komponentlərə qarşı yüksək həssaslıq
  • Efir qrupundan olan yerli anestetiklərə qarşı allergiya
  • Kəskinləşmə dövründə autoimmun və ağır allergik xəstəliklər (həkimlə müzakirə olunmalıdır)
Ətraflı

İnterferon alfa-2b + benzokain + taurin: təsiri, əlavə təsirləri, qarşılıqlı təsir →

Tez-tez verilən suallar

İnterferon alfa-2b virusəleyhinə və immunomodulyator təsir göstərir, benzokain yerli keyləşdirici, taurin isə köməkçi komponentdir.

Genferon Laytın tərkibində benzokain yoxdur və onun damcı, sprey formaları da var.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk