Təsiredici maddə

Natrium pikosulfat yoğun bağırsağın hərəkətini stimullaşdıran işlədici vasitədir (Guttalaks, Laksoft). Qəbizlikdə və bağırsağın boşaldılması tələb olunan hallarda qısa müddətə istifadə olunur.

Latın adı
Natrii picosulfas
Ticarət adları
Guttalaks, Elaksa Piko, Laksoft, Requlaks Siyahı
ATC kodu
A06AB08
Dərman formaları
  • Damcı
  • Tablet

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Nə üçün istifadə olunur

  • müxtəlif mənşəli qəbizlik, o cümlədən yataq rejimi, qidalanma rejiminin dəyişməsi, səfər zamanı;
  • defekasiyanın asanlaşdırılması tələb olunan hallar (hemoroy, anal çat, əməliyyatdan sonrakı dövr);
  • bağırsaq müayinələrinə hazırlıq — digər vasitələrlə birlikdə, həkimin göstərişi ilə.

Necə təsir edir

Natrium pikosulfat mədədə və nazik bağırsaqda dəyişməz qalır. Yoğun bağırsağa çatdıqda bağırsaq bakteriyaları onu aktiv formaya çevirir. Aktiv maddə bağırsaq divarının sinir uclarını qıcıqlandıraraq peristaltikanı gücləndirir və bağırsaq boşluğunda suyun toplanmasını artırır. Təsir adətən bir neçə saatdan sonra başlayır.

Kimlərə olmaz

  • natrium pikosulfata qarşı yüksək həssaslıq;
  • bağırsaq keçməzliyi, kəskin qarın ağrısı naməlum səbəbli (appendisit və s.);
  • bağırsağın kəskin iltihabi xəstəlikləri;
  • ağır susuzlaşma;
  • fruktoza dözümsüzlüyü (bəzi formalarda).

Əlavə təsirlər

  • qarında narahatlıq, sancılar;
  • ishal, ürəkbulanma;
  • uzunmüddətli istifadədə — maye və elektrolit itkisi, xüsusən kalium çatışmazlığı.

Qarşılıqlı təsir

  • Diuretiklər, kortikosteroidlər — elektrolit pozuntuları riski artır.
  • Ürək qlikozidləri — kalium azaldıqda onların toksikliyi artır.
  • Antibiotiklər — bağırsaq florası dəyişdikdə işlədici təsir zəifləyə bilər.

Hamiləlik və laktasiya

Hamiləlikdə və laktasiya dövründə yalnız həkimin tövsiyəsi ilə qısa müddətə istifadə oluna bilər.

Uşaqlar

Uşaqlarda müəyyən yaşdan, yalnız pediatrın tövsiyəsi ilə istifadə olunur.

Bu təsiredici maddə ilə preparatlar

Azərbaycanda Natrium pikosulfat ilə qeydiyyatda olan preparatlar. Onlarda eyni təsiredici maddə var, lakin doza, forma və köməkçi maddələr fərqlənə bilər. Konkret preparatı həkim seçir, aptekdə əvəzetmə barədə əczaçı ilə məsləhətləşin.

Guttalaks — qablaşdırma

Guttalaks

İstituto De Angeli Srl, İtaliya

Laksoft — qablaşdırma

Laksoft

Vefa İlaç San ve Tic AŞ, Türkiyə

Requlaks

Krevel Moyzelbax GMBH, Almaniya

Tez-tez verilən suallar

Uzun müddət nəzarətsiz istifadə bağırsağın təbii fəaliyyətini zəiflədə bilər. Ona görə stimullaşdırıcı işlədicilər qısa kurslarla istifadə olunmalıdır; xroniki qəbizlikdə həkim başqa yanaşma seçir.

Lifli qida, kifayət qədər maye və fiziki aktivlik vacibdir. Qəbizlik birdən başlayıbsa, nəcisdə qan, arıqlama və ya qarın ağrısı varsa, həkimə müraciət etmək lazımdır.

Həkimlər

Bu mövzuda məqalələr

Bu qrupdan digər dərmanlar

Bisakodil

Bisacodylum

Bisakodil, Bisakodil-Hemofarm və b.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk