Təsiredici maddə

Tenoksikam — oksikamlar qrupundan uzun təsirli qeyri-steroid iltihab əleyhinə vasitədir. Revmatik xəstəliklərdə və oynaqətrafı toxumaların iltihabında ağrını azaltmaq üçün həkim təyin edə bilər.

Latın adı
Tenoxicamum
Ticarət adları
Artoksan, Teksadol, Tenoksikam VM Siyahı
ATC kodu
M01AC02
Dərman formaları
  • Tablet
  • Kapsul
  • İnyeksiya
  • Şam
  • Gel

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Nə üçün istifadə olunur

  • osteoartroz, revmatoid artrit, ankilozlaşdırıcı spondilit;
  • bursit, tendinit, çiyin periartriti;
  • inyeksiya forması — kəskin ağrılı vəziyyətlər, o cümlədən podaqra tutması.

Necə təsir edir

Tenoksikam siklooksigenaza fermentlərini bloklayaraq prostaqlandinlərin sintezini azaldır. Uzun yarımxaricolma dövrünə malikdir, buna görə təsiri uzun sürür.

Kimlərə olmaz

  • tenoksikama və ya digər QSİƏV-ə qarşı yüksək həssaslıq, aspirin astması;
  • aktiv xora, qanaxma, qastrit kəskinləşməsi;
  • ağır ürək, qaraciyər və böyrək çatışmazlığı;
  • hamiləliyin son trimestri, laktasiya.

Əlavə təsirlər

  • mədə ağrısı, ürəkbulanma, dispepsiya;
  • başgicəllənmə, baş ağrısı;
  • ödemlər;
  • dəri səpgisi; nadir hallarda — mədə-bağırsaq qanaxması.

Qarşılıqlı təsir

  • Antikoaqulyantlar, aspirin — qanaxma riski artır.
  • Litium — səviyyəsi yüksələ bilər.
  • Təzyiq əleyhinə və sidikqovucu vasitələr — təsirləri zəifləyir.

Hamiləlik və laktasiya

Hamiləliyin son trimestrində və laktasiya dövründə istifadə edilmir.

Uşaqlar

Uşaqlarda istifadəsi nəzərdə tutulmayıb.

Bu təsiredici maddə ilə preparatlar

Azərbaycanda Tenoksikam ilə qeydiyyatda olan preparatlar. Onlarda eyni təsiredici maddə var, lakin doza, forma və köməkçi maddələr fərqlənə bilər. Konkret preparatı həkim seçir, aptekdə əvəzetmə barədə əczaçı ilə məsləhətləşin.

Artoksan — qablaşdırma

Artoksan

Vörld Medisin İlaç San ve Tic AŞ; Zentiva Sağlık Ürünleri San ve Tic AŞ, Türkiyə

Teksadol

Vem İlaç San ve Tic AŞ, Türkiyə

Tenoksikam VM

Vörld Medisin İlaç San Ve Tic Aş, Türkiyə

Tez-tez verilən suallar

Dərman orqanizmdə uzun müddət qalır, buna görə təsiri uzunmüddətlidir. Əlavə təsirlər də yavaş keçə bilər — qəbul rejimini həkim müəyyən edir.

Başqa QSİƏV-lə birlikdə qəbul edilmir. Parasetamolla birləşdirmə barədə həkimlə məsləhətləşin.

Bu qrupdan digər dərmanlar

Benzidamin

Benzydaminum

Tanfleks, Tonzilamin-Af və b.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk