Elamoks Bid Forte — qablaşdırma
İstehsalçı
Deva Holdinq AŞ
Ölkə
Türkiyə

Elamoks Bid Forte — amoksisillin və klavulan turşusundan ibarət kombinə antibakterial preparatdır. Türkiyədə Deva Holdinq AŞ tərəfindən suspenziya hazırlamaq üçün toz şəklində istehsal olunur və sinusit, orta otit, pnevmoniya kimi bakterial infeksiyalarda istifadə edilir.

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Buraxılış formaları

Azərbaycanda qeydiyyatda olan formalar (Tarif Şurasının reyestri üzrə). Doza məhsulun tərkibini göstərir, qəbul qaydası deyil.

Forma Tərkib Qablaşdırma
Suspenziya hazırlamaq üçün toz (120 + 8,58) mq/ml Flakon 100 ml №1

Amoksisillin + klavulan turşusu haqqında qısa

Nə üçün istifadə olunur

  • Kəskin bakterial sinusit, kəskin orta otit
  • Xəstəxanadankənar pnevmoniya, xroniki bronxitin bakterial kəskinləşməsi
  • Sidik yollarının infeksiyaları
  • Dəri və yumşaq toxumaların infeksiyaları, heyvan və insan dişləmələrindən sonra yara infeksiyası
Ətraflı

Kimlərə olmaz

  • Penisillinlərə qarşı yüksək həssaslıq
  • Digər beta-laktamlara qarşı ağır allergik reaksiya
  • Keçmişdə bu birləşmə ilə əlaqəli sarılıq və ya qaraciyər funksiyasının pozulması
Ətraflı

Amoksisillin + klavulan turşusu: təsiri, əlavə təsirləri, qarşılıqlı təsir →

Analoqları

Eyni təsiredici maddəli preparatlar. Doza, forma və köməkçi maddələr fərqlənə bilər — əvəzetmə barədə həkim və ya əczaçı ilə məsləhətləşin.

Auqmentin — qablaşdırma

Auqmentin

Smitklayn Biçem PLC, Birləşmiş Krallıq

Lavunat Bid — qablaşdırma

Lavunat Bid

Atabay Kimya Sanayi Ve Ticaret AŞ, Türkiyə

Arpolin

Deva Holding Aş, Türkiyə

Bütün preparatlar: Amoksisillin + klavulan turşusu →

Tez-tez verilən suallar

Amoksisillin və klavulan turşusu kombinasiyası bir çox adla qeydiyyatdadır, məsələn, Amoksiklav, Arpolin və Auqmentin. Əvəzetmə barədə qərarı həkim verir.

Preparat suspenziya hazırlamaq üçün toz şəklində buraxılır və bu forma uşaq praktikasında da istifadə olunur. Uşağın yaşına və çəkisinə uyğunluğunu pediatr müəyyən edir.

Xeyr. Antibiotiklər viruslara təsir etmir. Antibakterial müalicənin lazım olub-olmadığını həkim müayinədən sonra müəyyən edir.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk