Təsiredici maddə

Lidokain — geniş istifadə olunan yerli anestetikdir. Stomatologiyada, kiçik əməliyyatlarda və diaqnostik prosedurlarda ağrısızlaşdırma üçün, həmçinin bəzi mədəcik aritmiyalarında və postherpetik nevralgiyada istifadə olunur.

Latın adı
Lidocainum
Ticarət adları
Lidokain Hidroxlorid, Betrivit, Lidokain, Neyralgin B, Bevitron, Kurtalin Siyahı
ATC kodu
N01BB02, C01BB01
Dərman formaları
  • İnyeksiya
  • Sprey
  • Gel
  • Plastır

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Nə üçün istifadə olunur

  • infiltrasion, keçirici, epidural və digər növ yerli anesteziya;
  • selikli qişaların səthi anesteziyası (sprey, gel) — endoskopik, stomatoloji və LOR prosedurlarında;
  • postherpetik nevralgiya (plastir);
  • mədəcik aritmiyaları (vena daxilinə, stasionarda, həkimin qərarı ilə).

Necə təsir edir

Lidokain sinir liflərinin membranında natrium kanallarını bloklayır və sinir impulsunun yaranmasını və ötürülməsini müvəqqəti dayandırır. Tətbiq olunan nahiyədə ağrı hissiyatı itir. Ürəkdə mədəcik hüceyrələrinin həddindən artıq elektrik aktivliyini azaldır.

Kimlərə olmaz

  • amid tipli yerli anestetiklərə qarşı yüksək həssaslıq;
  • ağır sinoatrial və atrioventrikulyar blokadalar (sistem istifadədə);
  • kardiogen şok (sistem istifadədə).

Diqqət

Yerli anesteziya zamanı və sonra ağızda metal dadı, başgicəllənmə, qulaqda küy, dodaqların keyiməsi, ürək döyüntüsü yaranarsa, dərhal tibb işçisinə bildirin.

Əlavə təsirlər

  • yerli formalarda — tətbiq yerində qızartı, qaşınma, yanma;
  • sistem toksiklik əlamətləri (yüksək miqdarlarda və ya damara düşdükdə): başgicəllənmə, çaşqınlıq, qıcolmalar, ritm pozuntuları, təzyiqin enməsi;
  • allergik reaksiyalar (nadir).

Qarşılıqlı təsir

  • Beta-blokatorlar, simetidin — lidokainin səviyyəsi və toksikliyi arta bilər.
  • Digər antiaritmiklər — ürəyə təsir güclənir.
  • Epinefrinlə birləşmə — anesteziyanı uzadır, lakin bəzi ürək xəstəliklərində ehtiyat tələb edir.

Hamiləlik və laktasiya

Lidokain hamiləlikdə və doğuş zamanı yerli və epidural anesteziya üçün istifadə olunur. Laktasiya dövründə istifadə edilə bilər.

Uşaqlar

Uşaqlarda yerli anesteziya üçün çəkiyə uyğun istifadə olunur. Kiçik uşaqlarda selikli qişalara tətbiq edilən formalar (məsələn, diş çıxarma zamanı) yalnız həkimin tövsiyəsi ilə istifadə edilməlidir.

Bu təsiredici maddə ilə preparatlar

Azərbaycanda Lidokain ilə qeydiyyatda olan preparatlar. Onlarda eyni təsiredici maddə var, lakin doza, forma və köməkçi maddələr fərqlənə bilər. Konkret preparatı həkim seçir, aptekdə əvəzetmə barədə əczaçı ilə məsləhətləşin.

Lidokain — qablaşdırma

Lidokain

Egis Farmasyutikals Plc, Macarıstan

Bevitron — qablaşdırma

Bevitron

Mefar İlaç San Aş / Vörld Medisin İlaç San Ve Tic Aş, Türkiyə

Kurtalin

Pharma Plant İlaç Sanayi Ve Ticaret AŞ, Türkiyə

Lideziya

Alfa İntes İndustria Terapeutica Splendore SRL, İtaliya

Milqamma

Solufarm Farmazeutişe Erzeugnisse GMBH / Vorvaq Farma GMBH Və Ko KG, Almaniya

Nevralon — qablaşdırma

Nevralon

Romfarm İlaç ve San Tic AŞ / Vörld Medisin İlaç San ve Tic AŞ, Türkiyə

Digər ticarət adları

Azərbaycanda Lidokain təsiredici maddəsi ilə qeydiyyatda olan preparatlar. Onların hamısında eyni təsiredici maddə var, lakin doza, forma və köməkçi maddələr fərqlənə bilər. Konkret preparatı həkim seçir, aptekdə əvəzetmə barədə əczaçı ilə məsləhətləşin.

Ad İstehsalçı Ölkə
Lidokain Dr.prüfer Reyoung Farmasyutikal Ko LTD Çin

Tez-tez verilən suallar

Adətən bir neçə saat. Bu müddətdə yanaq və dodağı dişləməmək üçün yemək yeməmək və isti içkilərdən çəkinmək tövsiyə olunur.

Bu barədə stomatoloq və həkimə mütləq bildirin. Həqiqi allergiya nadirdir; ehtiyac olduqda allerqoloq yoxlama apara bilər və başqa anestetik seçilir.

Həkimlər

Bu qrupdan digər dərmanlar

Amiodaron

Amiodaronum

Aritmil, Kordaron və b.

Bupivakain

Bupivacainum

Bupivasin Spinal Hevi, Bukain Hevi və b.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk