• Kolonoskopiya — 96 AZN
  • Qastroskopiya (narkozsuz) — 72 AZN
  • 31 dekabra qədər
Qastroskopiya və kolonoskopiyaya 20% endirim

Nevropatik ağrı (neyropatik ağrı və ya NA) – fiziki zədə olmadan meydana çıxan ağrı sindromudur. Bu səhifədə nevropatik ağrının səbəbləri, növləri, diaqnostikası, müalicəsi və mümkün ağırlaşmaları, əlaqəli xəstəliklər, hansı həkimə müraciət etmək lazım olduğu və mütəxəssis rəyi barədə məlumat toplanıb.

İxtisas: Cərrah Endokrinoloq Fleboloq Kardioloq Nevroloq Psixoterapevt Refleksoterapevt Terapevt Travmatoloq-ortoped

Yayımlanma tarixi: Yenilənmə tarixi:

Nevropatik ağrı (neyropatik ağrı və ya NA) – fiziki zədə olmadan meydana çıxan ağrı sindromudur. Bu formalı ağrını disesteziya (xarici təsir olmadan yaranan müxtəlif qeyri-adi hisslər) və ya allodiniya (normalda ağrı yaratmayan qıcığın törətdiyi ağrılılıq) ilə müqayisə etmək olar. NA-nın ən sadə nümunəsi kəsilmiş ətraf yerində yaranan fantom ağrısı, xoşagəlməz hisslər, qaşınma və dərinin sancmasıdır. Nevropatik ağrı fiziki ağrıdan fərqli olaraq, periferik və ya mərkəzi sinir sisteminin sinir liflərinin patoloji oyanması yaxud zədələnməsi nəticəsində yaranır. Bunun nəticəsində neyronlar ağrı mərkəzlərinə təhrif olunmuş məlumat ötürməyə başlayır və insan ağrının, əslində, olmamalı olduğu yerdə ağrı hiss edir.

Növləri

Nevropatik ağrının 2 dövrü ayırd edilir: kəskin və xronik.

  • Kəskin dövr qısamüddətli ağrı tutmaları ilə xarakterizə olunur.
  • Xronik dövr cüzi davamlı sancılarla özünü göstərir, çox vaxt gecə yuxusunun pozulmasına səbəb olur.

Ağrı sindromunun yerləşməsindən və ifadə dərəcəsindən asılı olaraq, nevropatik ağrının bir neçə növü ayırd edilir.

  • Orta dərəcəli: sancı və yanğı hissi adətən qol və ayaqlarda hiss olunur. Belə ağrı fiziki cəhətdən asanlıqla dözülür, lakin fasiləsizliyi ilə ciddi psixoloji narahatlığa səbəb olur.
  • Qısamüddətli sıçrayışlar: pasiyentlər bunu bədənin bir nöqtəsində bir neçə saniyə davam edən, sonra isə başqa nöqtəyə keçən güclü spazmlar kimi təsvir edir.
  • Sıxıcı ağrı: sancı və ya yanğı adətən aşağı ətraflarda yerləşir. Müalicə görməzdən gəlinərsə, patoloji proses sürətlə irəliləyərək yeriş problemlərinə səbəb olur.
  • Dəri ağrısı: dərinin həssaslığının artması, hətta cüzi fiziki təmasın belə toxunulan yerdə xoşagəlməz hisslərə səbəb olmasına gətirib çıxarır. Bu növ nevropatik ağrısı olan insanlar bədənə sıx oturan geyimdən imtina etməli olur və çox vaxt yalnız bir vəziyyətdə yatır.

Səbəbləri

Mütəxəssislər nevropatik ağrının yaranması üçün bir neçə ilkin şərt müəyyən edir:

  • Periferik sinir sisteminin infeksiya, travma və ya şişlə zədələnməsi;
  • Genetik amillər və ya bir sıra xəstəliklər, məsələn, şəkərli diabet, Parkinson xəstəliyi və s. Səbəbindən mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması;
  • Autoimmun patologiyalar;
  • Hamiləlik;
  • Şüa və ya kimyəvi terapiya;
  • Cərrahi müdaxilə;
  • Damar xəstəlikləri.

Risk qrupuna anamnezində irsi nevropatiyalar, damar və autoimmun xəstəliklər, sinir və dayaq-hərəkət sisteminin patologiyaları olan pasiyentlər daxildir. Zərərli istehsalatda işləyən, həmçinin ekstremal idman növləri ilə məşğul olan insanlarda da nevropatik ağrı yaşamaq ehtimalı yüksəkdir.

Əsas risk amillərinə aiddir:

  • Həddindən artıq siqaret çəkmə;
  • Alkoqoldan sui-istifadə;
  • Tam dəyərli qidalanmanın olmaması;
  • E, B1, B6, B12 vitaminlərinin çatışmazlığı;
  • Dərman vasitələrinin nəzarətsiz qəbulu;
  • Ağır metallarla, toksiki və zəhərli maddələrlə işləyərkən təhlükəsizlik tədbirlərinə əməl olunmaması.

Risk qrupuna daxil olan insanlar öz sağlamlıqlarına xüsusilə diqqətli yanaşmalı və heç bir əsası olmayan qeyri-adi ağrılı hisslər yarandıqda dərhal mütəxəssisə müraciət etməlidirlər. Unutmaq lazım deyil ki, nevropatik ağrılar diaqnostika və müalicədə müəyyən çətinliklər yaradır, buna görə diaqnoz nə qədər tez qoyulsa, normal həyata qayıtma şansı bir o qədər yüksək olar.

Diaqnostika

Mütəxəssis nevropatik ağrı diaqnozunu xəstə ilə söhbətin nəticələrinə əsaslanaraq qoyur.

Diaqnostik meyarların siyahısına aşağıdakılar daxildir:

  • Şikayətlər;
  • Ağrı hisslərinin lokalizasiyasının qiymətləndirilməsi: xəstənin təsvirinin müəyyən sinir tərəfindən innervasiya olunan sahə ilə üst-üstə düşməsi;
  • Hisslərin xarakteri: qaşınma, sancma, yanma və s.

Əlavə olaraq NA-nın olub-olmadığını və onun xüsusiyyətlərini müəyyən etməyə imkan verən xüsusi testlər və sorğu formaları tətbiq olunur. Ən çox PinPrick testi, hiperalgeziya testi, Pain Detect və MPQ sorğu formaları, nevropatik əlamətlərin və simptomların qiymətləndirilməsi üçün LANSS şkalası istifadə olunur.

Əgər mütəxəssis innervasiya sahəsi ilə xəstənin təsvir etdiyi ağrı zonası arasında uyğunsuzluq aşkar edərsə, xəstə alət diaqnostikasına yönləndirilir. Nevropatik ağrıdan şübhələnilən xəstələrə diaqnozu dəqiqləşdirmək üçün adətən əlavə müayinələr təyin olunur.

  • ENMQ. Elektroneyromioqrafiya mütəxəssisə periferik sinir sisteminin vəziyyətini qiymətləndirməyə, sinirlərin zədələnməsinin olub-olmadığını, yerini və dərinliyini müəyyən etməyə imkan verir.
  • USM. Ultrasəs skanlaması sayəsində həkim tədqiq olunan sahədəki patoloji dəyişiklikləri tez aşkar edir.
  • USDG (ultrasəs doppleroqrafiyası). Bu prosedur vasitəsilə qan axınının qiymətləndirilməsi aparılır və qaraciyərin, ürəyin, beynin və digər orqanların xəstəlikləri diaqnoz edilir.
  • KT. Kompüter tomoqrafiyası degenerativ dəyişikliklərin, iltihabi proseslərin, quruluş patologiyalarının, həmçinin travma və şişlərin aşkarlanması üçün təyin olunur.
  • MRT. Maqnit-rezonans tomoqrafiyası ağrının, qanaxmanın və ya ödemin səbəblərini müəyyən etmək üçün təyin olunur. Kontrastlı MRT skanlama nəticələrinin dəqiqliyini artırır.

Zərurət yaranarsa, müayinələr siyahısı genişləndirilir.

Müalicə

Hazırda nevropatik ağrı zamanı simptomatikanı yüngülləşdirməyə kömək edən bir neçə terapiya üsulu mövcuddur.

  • Dərman preparatlarının qəbulu. Neyrogen tipli ağrı sindromunu aradan qaldırmağa imkan verən farmasevtik vasitələri diaqnostika nəticələrini nəzərə alaraq ixtisaslı həkim seçməlidir. Ağrıkəsici vasitələrin müstəqil qəbulu vəziyyəti daha da ağırlaşdıracaq və ağırlaşmaların inkişafına səbəb olacaq.
  • Fizioterapiya. Məsələn, elektrostimulyasiya kimi fizioterapevtik prosedurlar da ağrının aradan qaldırılmasında yaxşı kömək edir.
  • Psixoterapiya. Psixoloji dəstək nevropatik ağrı sindromunun müalicəsində məcburi mərhələ sayılır. Bu mərhələdə mütəxəssislər pasiyentlərə stresi idarə etməyi və əhval-ruhiyyəni yaxşılaşdırmağı öyrənməkdə kömək edir.

İxtisaslı həkim optimal terapiyanı seçə və onun effektivliyinə nəzarət edə biləcək.

Konsultasiya alın

Bu əlamətləri özünüzdə görürsünüzsə, həkimə müraciət etməyi təxirə salmayın. Vaxtında konsultasiya ağırlaşmaların qarşısını almağa kömək edir.

Ətraflı məlumat almaq və qəbula yazılmaq üçün bizə zəng edin:

*1103

Ağırlaşmalar

Nevropatik ağrılar artıq ciddi bir xəstəliyin, məsələn, şəkərli diabetin ağırlaşmasıdır. Anamnezində bu diaqnoz olan bir sıra pasiyentlərdə diabetik amiotrofiya inkişaf edə bilər. Bu təhlükəli ağırlaşma bud-çanaq oynağı ilə bitişən ayaq hissələrinin zədələnməsi, əzələlərdə zəiflik və çox güclü ağrıların yaranması ilə xarakterizə olunur. Vaxtında müalicəyə başlanmazsa, insanı əzələ atrofiyası və əlillik təhlükəsi gözləyir. Bəzi hallarda nevropatiyanın nəticəsi tənəffüs çatışmazlığı və ya ətrafların tam iflici olur.

Ağırlaşmalar insanın psixi sağlamlığına da toxuna bilər. Daimi güclü ağrı hissləri psixikanı tükəndirir, depressiyanın inkişafına səbəb olur. Ağır hallarda intihar riski artır.

Hansı həkimə müraciət etməli

Nevropatik ağrıların müalicəsi ilə bir neçə ixtisas həkimi məşğul olur.

Uzun müddət davam edən və ya dövri olaraq yaranan qeyri-adi ağrı hissləri yaşayan insan ilk növbədə terapevtə müraciət etməlidir. İlkin müayinədən sonra ümumi təcrübə həkimi xəstəni dar profilli mütəxəssisə yönləndirəcək.

Yadda saxla!

Nevropatik ağrı xronik ağrı sindromunun xüsusilə ağır variantıdır. Müxtəlif xarakter daşıyan ağrılı hisslər bir neçə ay davam edə bilər. Pasiyentlər onu elektrik cərəyanı zərbəsi, yanğı, dartınma və s. Kimi təsvir edir. Zədələnmə və ya xəstəliklə əlaqəli olmayan belə qeyri-adi hisslər yarandıqda ağrıkəsici vasitələr qəbul etmək əvəzinə dərhal mütəxəssisin konsultasiyasına müraciət etmək daha yaxşıdır.

Unutmaq lazım deyil ki, nevropatik ağrılar fiziki ağrı sindromunu aradan qaldırmaq üçün adətən tətbiq edilən müalicəyə pis tabe olur və zamanla daha da güclənə bilər. Bəzən vəziyyət əlilliyə səbəb olur. Bu problemin öhdəsindən gəlmək üçün pasiyentin ümumi vəziyyətindən asılı olaraq seçilən fərdi kompleks terapiya tələb olunur.

Suallar və cavablar

Bu termin ağrıya nəzarət edən sinir sistemi şöbələrinin fəaliyyətinin pozulması nəticəsində yaranan ağrı sindromunu bildirir.

Bu halda hər hansı bir dərməni müstəqil şəkildə qəbul etmək qəti qadağandır. İlk növbədə həkimə müraciət edib müayinədən keçmək lazımdır. Əldə edilən nəticələr əsasında mütəxəssis pasiyentə ən uyğun vasitələri seçəcək.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk