Qlukofaj — qablaşdırma
Təsiredici maddə
Metformin
İstehsalçı
Merk Sante SAS / Famar Lion
Ölkə
Fransa

Qlukofaj — metformin əsaslı preparatdır və ikinci tip şəkərli diabetdə qanda qlükozanın səviyyəsini aşağı salmaq üçün təyin olunur. Fransada Merk Sante şirkətinin istehsalıdır, Azərbaycanda müxtəlif dozalı tabletlər şəklində qeydiyyatdadır.

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Buraxılış formaları

Azərbaycanda qeydiyyatda olan formalar (Tarif Şurasının reyestri üzrə). Doza məhsulun tərkibini göstərir, qəbul qaydası deyil.

Forma Tərkib Qablaşdırma
Tablet 500 mq Blister №30
Tablet 500 mq Blister №60
Tablet 850 mq Blister №30
Tablet 850 mq Blister №60
Tablet 1000 mq Blister №30
Tablet 1000 mq Blister №60

Metformin haqqında qısa

Nə üçün istifadə olunur

  • 2-ci tip şəkərli diabet — tək və ya digər şəkərsalıcı vasitələr, insulinlə birlikdə
  • Prediabet və 2-ci tip diabetin yüksək riski (həkimin qərarı ilə, həyat tərzinin dəyişdirilməsi ilə birlikdə)
  • Polikistik yumurtalıq sindromunda insulinrezistentlik (həkimin qərarı ilə)
Ətraflı

Kimlərə olmaz

  • Metforminə qarşı yüksək həssaslıq
  • Ağır böyrək çatışmazlığı
  • Diabetik ketoasidoz, prekoma
  • Toxumaların oksigen çatışmazlığı ilə gedən kəskin vəziyyətlər: ağır ürək və ya tənəffüs çatışmazlığı, şok, sepsis, kəskin infarkt
Ətraflı

Metformin: təsiri, əlavə təsirləri, qarşılıqlı təsir →

Analoqları

Eyni təsiredici maddəli preparatlar. Doza, forma və köməkçi maddələr fərqlənə bilər — əvəzetmə barədə həkim və ya əczaçı ilə məsləhətləşin.

Metformin-VM

Vörld Medisin İlaç San Ve Tic Aş, Türkiyə

Asformin — qablaşdırma

Asformin

Ali Raif İlaç San AŞ, Türkiyə

Metforiks — qablaşdırma

Metforiks

Vefa İlaç San ve Tic AŞ, Türkiyə

Diasmet — qablaşdırma

Diasmet

Azərfarm Mmc, Azərbaycan

Bütün preparatlar: Metformin →

Tez-tez verilən suallar

Təsiredici maddə eynidir — metformin. Preparatlar köməkçi maddələrə, tabletin növünə və istehsalçıya görə fərqlənə bilər. Birini digəri ilə əvəz etmək barədə qərarı həkim verir.

Metformin alan pasiyentlərdə qan şəkəri və qlikozillənmiş hemoqlobin müntəzəm yoxlanılır, böyrək funksiyası da vaxtaşırı qiymətləndirilir. Müayinələrin tezliyini endokrinoloq müəyyən edir.

Xeyr. Metformin insulin deyil və mədəaltı vəzidən insulin ifrazını birbaşa artırmır: o, qaraciyərdə qlükozanın əmələ gəlməsini azaldır və toxumaların insulinə həssaslığını yaxşılaşdırır.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk