Təsiredici maddə

Xloropiramin — birinci nəsil antihistamin vasitədir. Övrə, allergik dermatozlar, allergik rinit və kəskin allergik reaksiyalarda istifadə olunur; yuxululuq yarada bilər.

Latın adı
Chloropyraminum
Ticarət adları
Suprastin, Allerqozan Siyahı
ATC kodu
R06AC03
Dərman formaları
  • Tablet
  • İnyeksiya

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Nə üçün istifadə olunur

  • övrə, angionevrotik ödem (kompleks müalicədə);
  • atopik və kontakt dermatit, ekzema zamanı qaşınma;
  • allergik rinit və konyunktivit;
  • dərman və qida allergiyası, həşərat sancmalarına reaksiya;
  • kəskin allergik reaksiyalar (inyeksiya, təcili yardımda — anafilaksiyada adrenalinə əlavə olaraq).

Necə təsir edir

Xloropiramin histamin H1 reseptorlarını bloklayaraq qaşınmanı, ödemi, səpgini və burun axıntısını azaldır. Beyinə keçdiyindən sakitləşdirici təsir göstərir; antixolinergik xüsusiyyətləri də var.

Kimlərə olmaz

  • xloropiramin və ya oxşar antihistaminlərə qarşı yüksək həssaslıq;
  • qapalıbucaqlı qlaukoma;
  • prostat böyüməsi, sidik ləngiməsi;
  • bronxial astmanın kəskin tutması;
  • yenidoğulmuşlar, laktasiya.

Əlavə təsirlər

  • yuxululuq, halsızlıq;
  • başgicəllənmə, koordinasiyanın pozulması;
  • ağız quruluğu;
  • ürəkbulanma;
  • nadir hallarda — taxikardiya, sidik ləngiməsi, uşaqlarda həyəcanlılıq.

Qarşılıqlı təsir

  • Spirt, sakitləşdirici və yuxugətirici vasitələr — sedasiya güclənir.
  • Antixolinergik vasitələr — əlavə təsirlər güclənir.

Hamiləlik və laktasiya

Hamiləlikdə yalnız həkimin qərarı ilə istifadə olunur. Laktasiya dövründə istifadə edilmir.

Uşaqlar

Müəyyən yaşdan uşaqlarda həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər.

Bu təsiredici maddə ilə preparatlar

Azərbaycanda Xloropiramin ilə qeydiyyatda olan preparatlar. Onlarda eyni təsiredici maddə var, lakin doza, forma və köməkçi maddələr fərqlənə bilər. Konkret preparatı həkim seçir, aptekdə əvəzetmə barədə əczaçı ilə məsləhətləşin.

Suprastin — qablaşdırma

Suprastin

Egis Farmasyutikals Plc, Macarıstan

Tez-tez verilən suallar

Yuxululuq səbəbindən nəqliyyat vasitəsini idarə etmək və diqqət tələb edən işlər məsləhət deyil.

Xeyr. Anafilaksiyada əsas və ilk vasitə adrenalindir; antihistaminlər yalnız əlavə rol oynayır. Ağır reaksiyada dərhal 103-ə zəng edin.

Həkimlər

Bu qrupdan digər dərmanlar

Desloratadin

Desloratadinum

Eslotin, Dezloratadin VM və b.

Difenhidramin

Diphenhydraminum

Dimedrol-Darnitsa, Psilo-Balzam və b.

Dimetinden

Dimetindenum

Fenistil, Fenistil Nyu və b.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk