• Kolonoskopiya — 96 AZN
  • Qastroskopiya (narkozsuz) — 72 AZN
  • 31 dekabra qədər
Qastroskopiya və kolonoskopiyaya 20% endirim
Azoospermiya

Azoospermiya – bu spermatogenezin patoloji pozuntusudur, nəticəsində eyakulyatda (toxum mayesində) spermatozoidlər olmur. Kişidə belə anomaliyanın olması sonsuzluğun ən geniş yayılmış amillərindən biridir və statistikaya görə kişi sonsuzluğunun bütün səbəblərinin 10-20%-ni təşkil edir.

Yayımlanma tarixi:

Xəstəlik haqqında

Xayanın kəsiyi; spermatozoidlər (sxem). Mənbə: Servier Medical Art, CC BY 4.0
Xayanın kəsiyi; spermatozoidlər (sxem). Mənbə: Servier Medical Art, CC BY 4.0

Azoospermiya – bu spermatogenezin patoloji pozuntusudur, nəticəsində eyakulyatda (toxum mayesində) spermatozoidlər olmur. Kişidə belə anomaliyanın olması sonsuzluğun ən geniş yayılmış amillərindən biridir və statistikaya görə kişi sonsuzluğunun bütün səbəblərinin 10-20%-ni təşkil edir.

Azoospermiya müstəqil xəstəlik deyil, cinsi hüceyrələrin əmələ gəlməsinin (spermatogenezin) pozulmasının nəticəsi olan simptomlar kompleksidir. Bu patologiya olduqda kişinin eyakulyasiyası adi qaydada baş verir və toxum mayesi zahirən normaldan heç nə ilə fərqlənmir. Azoospermiya zamanı mayalanma baş vermir. Statistikaya görə belə diaqnoz kişilərin 1%-dən azında müşahidə olunur.

Səbəbləri

Azoospermiyanın səbəbləri və risk faktorları
Azoospermiyanın səbəbləri və risk faktorları

Patoloji hadisənin təbiətindən asılı olaraq onun yaranma səbəbləri müxtəlif ola bilər. Obstruktiv forma zamanı xəstəliyin yaranma zəminini bunlar təşkil edə bilər:

  • Uretranın strikturası;
  • Xayalıq yırtığı;
  • Keçirilmiş əməliyyatlar;
  • Cinsiyyət orqanlarının travmaları;
  • Xayalıqda iltihabi proseslər;
  • Toxumçıxarıcı axarların anadangəlmə anomaliyaları.

Patologiyanın obstruktiv olmayan formasının inkişaf səbəbləri aşağıdakılar ola bilər:

  • Xaya şişləri;
  • Radiasiya şüalanması;
  • Kimyəvi maddələr və ya ağır metallarla zəhərlənmə.

Bundan əlavə, sekretor azoospermiyanın yaranma səbəbi infeksion xəstəliklər (epidemik parotit) və anadangəlmə xarakterli xəstəliklər (kriptorxizm)dir.

Azospermiya əlaməti həm sekretor, həm də ekskretor patologiya forması ola bilən bir sıra xəstəliklər mövcuddur. Bunlara sifilis, şəkərli diabet, onurğa sütunu travmaları, hipofiz vəzinin şişləri, hipoqonadizm və çölyakiya daxildir.

Müvəqqəti azospermiya cinsi baxımdan aktiv kişilərdə tez-tez cinsi əlaqələr səbəbindən rast gəlinə bilər. Bəzən patologiya dərmanların (hormonların və ya antibiotiklərin) qəbulu, kəskin xəstəliklər və ya hamam və saunalara tez-tez getmək fonunda inkişaf edir.

Təsnifat

Azoospermiyanın təsnifatı xəstəliyin iki əsas formasını ayırd edir:

  • Anadangəlmə: döl daxilində inkişaf pozğunluqları nəticəsində əmələ gəlir;
  • Qazanılmış: xayaların xəstəlikləri və digər patologiyalar fonunda inkişaf edir.

Yaranma mexanizminə görə azoospermiyanın dörd forması ayırd edilir:

  • Sekretor (obstruktiv olmayan); spermatozoidlər hormonal və ya genetik pozğunluqlar səbəbindən əmələ gəlmir;
  • Ekskretor (obstruktiv); toxumaparıcı axarda obstruksiyanın (tıxanmanın) olması ilə əlaqədardır; cərrahi müdaxilədən sonra, toxumaparıcı yolların zədələnməsi nəticəsində və ya anadangəlmə qüsurların nəticəsi kimi yarana bilər;
  • Keçici (müvəqqəti); xarici və ya daxili amillərin təsiri fonunda yarana bilər; olduqca nadir hallarda rast gəlinir və çox vaxt öz-özünə keçib gedir;
  • Qarışıq; spermatogenezin pozulmasını və toxumçıxarıcı axarların keçiciliyinin pozulmasını birləşdirir.

Klinik mənzərə

Azoospermiyanın mümkün əlamətləri
Azoospermiyanın mümkün əlamətləri

Azoospermiya kişinin həyat keyfiyyətinə təsir etmir. Əksər hallarda subyektiv və obyektiv simptomatika olmur, cinsi həvəs və erektil funksiya pozulmur, ayrılan eyakulyatın həcmi isə normaya uyğundur. Xəstəliyin ilk əlamətləri cütlük uşaq sahibi olmaq qərarına gəldiyi anda aşkar edilir. Diaqnostik müayinədən keçərkən kişidə azoospermiyanın simptomları aşkar oluna bilər.

Pozuntuya səbəb olan amildən asılı olaraq, kişidə bəzi qeyri-spesifik əlamətlər müşahidə oluna bilər:

  • Xayalığın şişkinliyi;
  • Xayaların ölçüsünün böyüməsi;
  • Qasıq nahiyəsində diskomfort;
  • Toxum mayesinin toplanması səbəbindən xaya artımlarının böyüməsi;
  • Retrograd eyakulyasiya – toxum ifrazı sidik kisəsinə baş verir.

Əgər sekretor azoospermiya hormonal pozğunluqlarla əlaqədardırsa, müşayiət edən simptomlar bunlar ola bilər:

  • Libidonun azalması;
  • Erektil disfunksiya;
  • Xayaların ölçüsünün kiçilməsi;
  • Mikropenis (kiçik penis).

Oxşar əlamətlər aşkar etmisinizsə, nə etməli?

  1. Özünüzü müalicə etməyin

    Özbaşına müalicə sağlamlıq üçün təhlükəlidir. Dəqiq diaqnoz olmadan müalicəyə başlamaqla vaxt itirə və yanlış yol seçə bilərsiniz.

  2. Mütləq həkimə müraciət edin

    Yalnız ixtisaslı həkim dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilər. Hansı mütəxəssisə getməli olduğunuzu bilmirsinizsə, terapevtə yazılın — o, sizi lazımi həkimə yönləndirəcək.

  3. Müalicəni təxirə salmayın

    İlk əlamətlər yaranan kimi başlanmış müalicə daha effektiv olur və ağırlaşmaların qarşısını almağa kömək edir.

  4. Bizə müraciət edin — mütləq kömək edəcəyik

    *1103

Diaqnostika

Azoospermiyanın diaqnostikası
Azoospermiyanın diaqnostikası

Kontraseptiv vasitələrdən istifadə edilmədən 12 ay ərzində müntəzəm cinsi həyat zamanı hamiləlik baş vermədikdə, cütlük diaqnostikadan keçir. Kişinin müayinəsi genişləndirilmiş spermoqramla başlanır. Prosedur minimum 2 dəfə aparılır, nümunələr arasındakı interval 2-3 həftə olmalıdır. Beləliklə, spermatozoid əmələgəlməsinin bütün mərhələlərini müşahidə etmək mümkün olacaq.

Azospermiyanın yaranmasının həqiqi səbəblərini aydınlaşdırmaq üçün həkim anamnez toplayır: kişinin həyat tərzini, peşə zərərlərinin olmasını, keçirdiyi xəstəlikləri, sonsuzluq dövrünün müddətini və digər amilləri qiymətləndirir. Daha sonra fiziki müayinə aparılır. Buna pasientin bədən quruluşunun, cinsiyyət orqanlarının vəziyyətinin, ikincili cinsi əlamətlərin ifadəlilik dərəcəsinin qiymətləndirilməsi daxildir. Ardınca azospermiyanın səbəbini dəqiq müəyyən etmək üçün müayinələr təyin olunur:

  • Hormonlara qan analizi: testosteron, prolaktin, FSH, LH və digərləri;
  • Iltihabı aşkar etmək üçün uretradan yaxma;
  • PZR testi: müayinə cinsi yolla keçən xəstəliklərin aşkarlanması üçün aparılır;
  • Eyakulyasiyadan sonra götürülmüş sidik analizi retroqrad sperma ifrazına şübhə olduqda aparılır;
  • Prostat vəzinin TRUS-u, skrotumun USM-i: bu müayinələr xayaların ölçüsünü və quruluşunu vizual olaraq müəyyən etmək, çapıq dəyişikliklərini, şişləri və spermatozoidlərin əmələ gəlməsinə və ya hərəkətinə təsir göstərə bilən digər patologiyaları axtarmaq üçün aparılır.

Diaqnozu daha dəqiq qoymaq üçün bəzən pasiyentə xaya biopsiyası (micro-TESE və ya TESE) keçmək tövsiyə olunur. Prosedur zamanı xayalardan mikroskop altında müayinə üçün kiçik bir toxuma sahəsi götürülür. Prosesdə həkimlər təkcə xayaların daxilindəki cinsi hüceyrələrin miqdarını və keyfiyyətini qiymətləndirmir, həm də sonradan EKM-nun aparılması üçün keyfiyyətli spermatozoidləri seçə bilirlər.

Müalicə

Azoospermiyanın müalicə istiqamətləri
Azoospermiyanın müalicə istiqamətləri

Azospermiyanın mənşəyindən asılı olmayaraq, onun müalicəsi həmişə patologiyanın səbəbini aradan qaldırmağa yönəlir. O, konservativ və cərrahi ola bilər. Terapevtik taktikanın seçimi ilk növbədə xəstəliyin formasından asılıdır.

Əgər söhbət endokrin sistemin fəaliyyətində pozğunluqlar nəticəsində yaranmış sekretor azospermiyanın müalicəsindən gedirsə, bu halda mütəxəssis tərəfindən stimullaşdırıcı və ya əvəzedici hormonal terapiya təyin edilir. Bir çox hallarda belə üsul yaxşı nəticələr əldə etməyə və fertilliyi bərpa etməyə imkan verir.

Əgər azospermiya müvəqqətidirsə və xəstəlik və ya qeyri-favorit xarici faktorlar nəticəsində yaranıbsa, səbəbin aradan qaldırılması spermatozoidlərin sayının bərpasına kömək edəcək.

Obstruktiv azoospermiya zamanı pasiyentlərə cərrahi müalicə tələb olunur. Həkimlər rekonstruktiv əməliyyat icra edirlər, bunun sayəsində spermötürücü yolların normal keçiriciliyi bərpa olunur. Bu, aşağıdakılar ola bilər:

  • Uretranın plastikas;
  • Varikoselenin cərrahi müalicəsi (toxum ciyəsinin venalarının varikoz genişlənməsi);
  • Vazo-vazoanastomoz və ya vazo-epididimoanastomozun qoyulması: sperm çıxarıcı axarın epididimlə süni anastomoz vasitəsilə birləşdirilməsinə yönəlmiş rekonstruktiv əməliyyat.

Bu əməliyyatların köməyi ilə fertililiyin bərpası ehtimalı 27%-dən 56%-dək dəyişir.

Əgər görülmüş müalicə üsulları sonsuzluq problemini həll etmədisə, İKSİ və ya PİKSİ ilə EKƏK kimi köməkçi reproduktiv texnologiyalardan istifadə barədə qərar qəbul edilə bilər. Bu metodun istifadəsi xaya və ya onun artımının biopsiyası prosesində əldə olunmuş spermatozoidin köməyi ilə yumurta hüceyrəsinin süni mayalanmasını nəzərdə tutur. Həkimlər ən həyatqabiliyyətli hüceyrələri seçir və onları oositlərin içinə yeridirlər.

Əgər patologiyanın səbəblərini aradan qaldırmaq mümkün deyilsə, uşaq sahibi olmaq üçün ən yaxşı variant donor spermasından istifadə olacaq.

Reabilitasiya

Obstruktiv azoospermiyanın müalicəsi üçün cərrahi müdaxilə aparıldıqdan sonra aşağıdakılara riayət etmək lazımdır:

  • Fiziki yüklənməni məhdudlaşdırmaq;
  • Qızınmadan çəkinmək;
  • Cinsi əlaqələri istisna etmək;
  • Açıq su hövzələrində çimməmək;
  • Təyin olunmuş preparatları qəbul etmək;
  • Müalicə edən həkimin bütün tövsiyələrini yerinə yetirmək.

Bərpa müddətləri patologiyanın nədən qaynaqlandığından və hansı cərrahi müdaxilə metodunun tətbiq olunduğundan asılı olaraq dəyişə bilər.

Profilaktika

Azoospermiyanın profilaktikası
Azoospermiyanın profilaktikası

Azoospermiya yaranma riskini azaltmaq üçün bir neçə effektiv tövsiyə mövcuddur:

  • Reproduktiv orqanların zədələnmələrindən çəkinmək;
  • Sağlam həyat tərzi sürmək və zərərli vərdişlərdən imtina etmək;
  • Ildə bir dəfə planlı şəkildə uroloqa müraciət etmək;
  • Istənilən infeksion xəstəliklərdən, o cümlədən cinsi yolla keçənlərdən, çəkinmək və ya onları vaxtında müalicə etmək;
  • Irsı patologiyadan şübhə varsa, genetik müayinə keçmək.

Yadda saxla!

Kişidə azospermiyanın olması faktı reproduktiv sistemin fəaliyyətinin pozulduğunu və tibbi müdaxilə olmadan uşağın mayalanmasının mümkün olmadığını göstərir. Patologiyanın yaranma səbəblərini mümkün qədər tez aydınlaşdırmaq üçün müayinə keçmək məqsədilə klinikaya müraciət etmək lazımdır. Diaqnostikadan sonra həkim problemin nədən qaynaqlandığını deyəcək və həlli variantlarını təklif edəcək. Yadda saxlamaq vacibdir ki, azospermiyanın səbəbi həm yüngül, həm də həyat və sağlamlıq üçün təhlükəli patologiyalar ola bilər. Sonuncu halda mütəxəssisə müraciəti uzatmaq ağırlaşmaların inkişafına səbəb ola bilər. Əgər cütlük bir il ərzində uşaq sahibi ola bilmirsə, bu, spermoqram vermək üçün əsasdır və sonrakı taktika onun nəticələrindən asılı olacaq.

Müalicə prosesində patologiyanı aradan qaldırmaq mümkün olmasa belə, biopsiya zamanı kişidə sağlam spermatozoidlərin aşkarlanması ehtimalı yüksəkdir. Bu, cütlüyə EKM vasitəsilə valideyn olmağa cəhd etməyə imkan verəcək.

Suallar və cavablar

Müasir müalicə üsulları kifayət qədər yüksək ehtimalla azoospermiyanın demək olar ki, istənilən formasını müalicə etməyə imkan verir, lakin sonsuzluq faktının aradan qaldırılmadığı hallar da az deyil. Belə halda pasiyentlərə EKM (ekstrakorporal mayalanma) tövsiyə olunur.

Əgər spermatogenezin prosesi pozulmayıbsa, onda xayanın biopsiyası zamanı sağlam spermatozoid əldə etmək ehtimalı mövcuddur. Müasir tibbi texnologiyalar onu saxlamağa və yumurta hüceyrəsinin ekstrakorporal mayalanması üçün istifadə etməyə imkan verir.

Mövzu üzrə məqalələr

Konsultasiya alın

Bu əlamətləri özünüzdə görürsünüzsə, həkimə müraciət etməyi təxirə salmayın. Vaxtında konsultasiya ağırlaşmaların qarşısını almağa kömək edir.

Ətraflı məlumat almaq və qəbula yazılmaq üçün bizə zəng edin:

*1103

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk