Hiperaldosteronizm — qanda böyrəküstü vəzi hormonunun (aldosteronun) yüksək konsentrasiyası zamanı yaranan patoloji vəziyyətdir. O, mineral maddələr mübadiləsi proseslərində iştirak edir. Sindrom ən çox 30 yaşdan yuxarı pasiyentlərdə, əsasən qadınlarda (70%) diaqnoz olunur. Uşaqlarda çox nadir aşkarlanır.
Yayımlanma tarixi:
Sinonimlər
- Konn sindromu
Xəstəlik haqqında

İnsan orqanizmində aldosteronun optimal səviyyəsi sayəsində kalium və natrium duzlarının balansı qorunur. Natrium birləşmələrinin yüksək miqdarı və eyni zamanda kalium duzlarının azalması zamanı arterial təzyiq kəskin yüksəlir. Bu zaman böyrəklər kompensasiya məqsədilə renin istehsal etməyi dayandırır.
Su-duz balansının pozulması tənəffüsün dayanması ilə müşayiət olunan güclü qıcolmalaradək ciddi ağırlaşmalara gətirib çıxarır. Hiperaldosteronizmin müalicə olunmaması maqneziumun zəif mənimsənilməsini və alkalozun yaranmasını (pH-ın qələvi tərəfə sürüşməsi) provokasiya edir.
Səbəbləri

Birincili hiperaldosteronizmin yaranma səbəbi böyrəküstü vəzilərin qabıq maddəsinin adenomasıdır (Konn sindromu). Bədxassəli şiş də qanda aldosteronun səviyyəsinin artmasına gətirib çıxarır.
Xəstəliyin ikincili forması aşağıdakı vəziyyətlər nəticəsində yarana bilər:
- Böyrək və qaraciyər çatışmazlığı;
- Böyrək arteriyalarının tutulması (anadangəlmə daralma və ya ateroskleroz səbəbindən);
- Xroniki hipertonya;
- Ürək çatışmazlığı;
- Sidikqovucu təsirli preparatların uzunmüddətli nəzarətsiz qəbulu.
Psevdohiperaldosteronizm genetik amillər nəticəsində inkişaf edir. Bu zaman böyrək kanalcıqları aldosteronun yüksək səviyyəsi olmadan da natriumu artıq dərəcədə geri sorur və kaliumu xaric edir, nəticədə qanda kaliumun miqdarı azalır (hipokalemiya).
Təsnifat
Həkimlər hiperaldosteronizmin iki növünü ayırırlar.
- Birincili. Yeni törəmələr və ya böyrəküstü vəzilərin fəaliyyət pozğunluqları zamanı, həmçinin qadın cinsiyyət sistemi şişlərində yaranır.
- İkincili. Xroniki somatik xəstəliklər zamanı reninin artmış sekresiyası ilə özünü göstərir.
Klinik mənzərə

Hiperaldosteronizmin əsas simptomları bunlardır:
- Tez-tez təkrarlanan baş ağrıları;
- Arterial təzyiqin müntəzəm yüksəlməsi;
- Sinir impulslarının keçiriciliyinin azalması və ya artması (qıcolmalar və ya zəiflik, xüsusilə ayaq əzələlərində);
- Nikturiya (gecə tualetə getmə), poliuriya (böyük miqdarda sidik);
- Dərinin yanması, iynələnmə və keyimə hissi;
- Ortostatik hipotenziya: uzanıqlı vəziyyətdən qəfil ayaqüstü vəziyyətə keçdikdə qan təzyiqinin, huşun itirilməsinədək enməsi;
- Qlükozaya qarşı pozulmuş tolerantlıq, mədəaltı vəzinin istehsal etdiyi insulinin səviyyəsinin azalması nəticəsində yaranır; prediabetik vəziyyətdir;
- Ürək ritminin pozulması (aritmiya).
Xəstəlik həm yuxarıda təsvir olunan əlamətlərdən bir neçəsini, həm də bütün pozğunluqları eyni vaxtda yarada bilər. Lakin daha çox xəstəlik əlamətsiz və ya bir-iki patoloji dəyişikliklə keçir. İkincili hiperaldosteronizmin səbəbi böyrəküstü vəzilərin vəziyyətinə təsir edən başqa xəstəlik olduğuna görə, əsas təzahürlərə fon patologiyasının simptomları da əlavə olunur. Psevdohiperaldosteronizmdə xəstəliyin əsas əlaməti arterial təzyiqin yüksəlməsi və qanda kalium duzlarının aşağı səviyyəsidir.
Xəstəliyin simptomları
Oxşar əlamətlər aşkar etmisinizsə, nə etməli?
-
Özünüzü müalicə etməyin
Özbaşına müalicə sağlamlıq üçün təhlükəlidir. Dəqiq diaqnoz olmadan müalicəyə başlamaqla vaxt itirə və yanlış yol seçə bilərsiniz.
-
Mütləq həkimə müraciət edin
Yalnız ixtisaslı həkim dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilər. Hansı mütəxəssisə getməli olduğunuzu bilmirsinizsə, terapevtə yazılın — o, sizi lazımi həkimə yönləndirəcək.
-
Müalicəni təxirə salmayın
İlk əlamətlər yaranan kimi başlanmış müalicə daha effektiv olur və ağırlaşmaların qarşısını almağa kömək edir.
-
Bizə müraciət edin — mütləq kömək edəcəyik
*1103
Diaqnostika

Pasiyentin müayinəsi şikayətlərin və anamnezin toplanması ilə başlanır. Müayinəni həm terapevt və ya ümumi praktik həkim, həm də endokrinoloq apara bilər. Hiperaldosteronizmin obyektiv və yekun diaqnostikası üçün iki əsas metoddan istifadə olunur.
- Qanının biokimyəvi analizi (natrium, kalium, maqnezium və aldosteron hormonunun səviyyəsinin təyini).
- Böyrəküstü vəzilərin vizualizasiyasına yönəlmiş instrumental müayinə metodları (USM, KT, MRT).
Laborator analizlər kalium və natrium duzlarının səviyyəsinin azalmış və ya artmış olmasını dərhal aşkar etməyə kömək edir. Lakin bəzən kaliumun miqdarı norma daxilində qalır, natrium isə yalnız cüzi dərəcədə artır.
Aldosteron və renin hormonlarının səviyyəsinin analizi diaqnozu dəqiq qoymağa imkan verir. Birincili hiperaldosteronizmin əlaməti reninin çox aşağı konsentrasiyası və aldosteronun artmasıdır. Əgər xəstəlik daxili orqanların çatışmazlığı ilə əlaqədardırsa, qanda reninin miqdarı normadan 2-3 dəfə artıq olur ki, bu da böyrəküstü vəzi hormonunun həddindən artıq olmasına səbəb olur.
Duz balanssızlığının səbəbini aydınlaşdırmaq üçün həkimlər böyrəküstü vəziləri adenomanın (xoşxassəli yenitörəmənin) olub-olmamasına görə müayinə etməyi təyin edirlər. Bu məqsədlə MRT və ya KT tətbiq olunur, mürəkkəb hallarda histoloji müayinə üçün toxuma nümunələri götürülür.
İrsi tipli patologiyada diaqnozun qoyulması üçün genetik müayinə istifadə olunur. Belə analiz ayrı-ayrı psevdohiperaldosteronizm tipləri aşkar edildikdə də göstərişdir.
Əlavə olaraq, ikincili pozğunluğun səbəbini axtarmağa, elektrolit balanssızlığı səbəbindən zərər görən orqanların vəziyyətini qiymətləndirməyə yönəlmiş digər müayinələr də təyin oluna bilər. Prosedurların siyahısı klinik vəziyyətdən asılıdır və fərdi qaydada tərtib olunur.
Müalicə

Hiperaldosteronizmin müalicə metodunun seçimi xəstəliyin səbəbindən asılıdır. Böyrəküstü vəzi yenitörəmələri olduqda şişin tam çıxarılması tətbiq olunur. Konservativ metodlar isə yalnız onların yüksək effektivliyi zamanı istifadə edilir.
Əməliyyatdan əvvəl ilkin hazırlıq kimi kalium tərkibli və hormonal vasitələrin köməyi ilə dərman terapiyası istifadə olunur. Əgər xəstəlik somatik patologiyalarla əlaqədardırsa, müalicə əsas səbəbin aradan qaldırılmasına və arterial təzyiqin azaldılmasına yönəldilir. Elektrolit balansını bərpa etmək üçün duzsuz pəhriz təyin edilir. Həkimlər qlükokortikosteroidlərlə sınaq terapiyası aparır və onun effektivliyi olduqda kurs müalicəsi həyata keçirirlər.
Böyrəküstü vəzi şişini diaqnostika etmək mümkün olmadıqda aldosteronu bloklayan preparatlar tətbiq olunur. Bunun nəticəsində kişilərdə cinsi funksiyanın azalması və döş vəzilərinin böyüməsi inkişaf edə bilər. Belə terapiya yalnız ciddi göstərişlər olduqda tətbiq edilir.
Cərrahi müdaxilə şişin tam çıxarılmasını nəzərdə tutur. Əməliyyatdan sonra həkimlər qənaətbəxş proqnoz verirlər, lakin şiş gec aşkar edildikdə və ya bədxassəli formaya keçdikdə tam sağalma şansları azalır. Operativ müalicə 50-60% hallarda effektivdir, lakin müdaxilədən sonra dərmanla dəstəkləyici terapiya göstərilir.
Reabilitasiya
Reabilitasiya dövründə hormonal fonun bərpası üçün hormonal preparatların qəbulu təyin edilir. Göstəriş olduqda infeksion ağırlaşmaların qarşısını almaq üçün antibakterial vasitələr təyin edilə bilər. Əgər əməliyyat açıq üsulla aparılıbsa, onda pasiyent 1-2 gün ərzində həkimlərin nəzarəti altında qalır. Yumşaq üsullarda qida qəbulunu əməliyyatdan dərhal sonra etmək olar, endoskopik müdaxilələrdə isə yalnız 12 saat sonra. Əməliyyatdan sonra erkən aktivləşmə tövsiyə olunur, fiziki yük həkimin göstərişi ilə tədricən artırılır.
Profilaktika

Hiperaldosteronizmin profilaktikası məqsədilə aşağıdakı metodlar tövsiyə olunur.
- Xüsusilə risk qrupuna daxil olan pasiyentlər üçün vacib olan, tibbi müayinələrdən vaxtında keçmək və hormonal fonu qiymətləndirmək.
- Hipertenziyası, böyrək və qaraciyər funksiyalarının pozulmaları olan pasiyentlərin dispanser qeydiyyatına alınması.
- Güclü təsirli və hormonal preparatların qəbulu ilə bağlı həkimlərin göstərişlərinə əməl edilməsi.
Yadda saxla!
Hiperaldosteronizmi olan pasiyentlər üçün bunun nə olduğunu və nəyə gətirib çıxara biləcəyini anlamaq vacibdir. Xəstəlik geri dönməz nəticələrə səbəb ola bilər və müalicə olmadıqda pasiyentlərin həyat keyfiyyətini ciddi şəkildə azaldır. Xəstəlik çox vaxt illərlə simptomsuz keçsə də, tədricən daxili orqanların zədələnməsinə gətirib çıxarır. Bir neçə ildən sonra pasiyentlər daimi hipertonik krizlərlə əlaqəli ürək çatışmazlığı inkişaf etdirirlər.
Hipertenziya hiperaldosteronizmin ən parlaq və ən təhlükəli əlamətlərindən və ağırlaşmalarından biridir. O, bədxassəli xarakter daşıyır, çünki dərman preparatları ilə müalicəyə zəif tabe olur. Vaxtında tibbi yardım üçün müraciət edilməzsə, pasiyentdə miokard infarktı inkişafı riski artır ki, bu da çox vaxt ölümə gətirib çıxarır.
Əlaqəli Xəstəliklər
Suallar və cavablar
O, böyrəküstü vəzlərin qabığının aldosteronun həddindən artıq ifrazı ilə xarakterizə olunur, bu da orqanizmdə su-duz balansının pozulmasına və arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır.
Bəli, onlar əsas risk amillərindən biridir. Əgər xəstənin qohumları bu patologiyadan əziyyət çəkirlərsə, xəstəliyin inkişaf riski 2 dəfə artır. Adətən aldosteronun yüksək səviyyəsi gənc yaşda aşkar edilir.
Xeyr, cərrahi müdaxilə yalnız böyrəküstü vəzin şişi olduqda aparılır.
Endokrinologiya üzrə xəstəliklər
- 1-ci tip şəkərli diabet
- 2-ci tip şəkərli diabet
- Addison xəstəliyi
- Adrenogenital sindrom (anadangəlmə böyrəküstü vəz hiperplaziyası)
- Akromegaliya
- Amenoreya
- Autoimmun tireoidit
- Avtoimmun xəstəliklər
- Böyrəküstü vəzi xərçəngi
- Böyrəküstü vəzin çatışmazlığı
- Böyümə hormonu çatışmazlığı
- D vitamini çatışmazlığı
- Diabetik ayaq
- Diabetik ketoasidoz
- Diabetik nefropatiya
Mövzu üzrə məqalələr
Polikistik yumurtalıq sindromu: aybaşıdan hamiləlik planına qədər
PCOS adı ilə tanınan sindrom yalnız yumurtalıqlarla bağlı deyil. Aybaşı, dəri əlamətləri, maddələr mübadiləsi və hamiləlik planı birlikdə…
İstiqamət: Ginekoloji endokrinologiya / Endokrinologiya / Reproduktologiya
Hamiləlikdə şəkər yükləmə testi: necə hazırlaşmalı?
Qlükoza tolerantlıq testi hamiləlikdə şəkər mübadiləsini qiymətləndirmək üçün istifadə olunur. Hazırlıq, məhlul və qan götürmə vaxtı protokola görə…
İstiqamət: Ginekologiya / Endokrinologiya
Qalxanabənzər vəz və hamiləlik: TSH nəticəsini necə qiymətləndirməli?
Qalxanabənzər vəzin hormonları ana və dölün sağlamlığı üçün əhəmiyyətlidir. Hamiləlikdə hormonal dəyişikliklər analizlərə təsir etdiyindən TSH və sərbəst…
İstiqamət: Endokrinologiya / Ginekologiya
Bariatriya və arıqlamaq üçün müasir preparatlar
Piylənmə bütün dünyanın probleminə çevrilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bir milyarddan çox insanın artıq çəkisi var və…
İstiqamət: Bariatrik cərrahiyyə / Endokrinologiya
Konsultasiya alın
Bu əlamətləri özünüzdə görürsünüzsə, həkimə müraciət etməyi təxirə salmayın. Vaxtında konsultasiya ağırlaşmaların qarşısını almağa kömək edir.
Ətraflı məlumat almaq və qəbula yazılmaq üçün bizə zəng edin:

