Təsiredici maddə

Kapsaisin — acı bibərdən alınan maddədir. Krem və plastir şəklində əzələ-oynaq ağrısında və sinir zədələnməsi ilə bağlı neyropatik ağrıda yerli istifadə üçün həkim təyin edə bilər.

Latın adı
Capsaicinum
Ticarət adları
Kapsador Siyahı
ATC kodu
M02AB01, N01BX04
Dərman formaları
  • Krem
  • Plastır

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Nə üçün istifadə olunur

  • osteoartrozda və əzələ-skelet sistemində yerli ağrı;
  • periferik neyropatik ağrı, o cümlədən herpesdən sonrakı nevralgiya və diabetik neyropatiya (yüksək konsentrasiyalı plastir — həkim tərəfindən tətbiq edilir).

Necə təsir edir

Kapsaisin dərinin ağrı və istilik siqnallarını ötürən TRPV1 reseptorlarını aktivləşdirir. Əvvəlcə yanma hissi yaranır, sonra isə bu sinir uclarının həssaslığı azalır və ağrı zəifləyir.

Kimlərə olmaz

  • kapsaisinə və ya bibərə qarşı yüksək həssaslıq;
  • zədələnmiş və ya qıcıqlanmış dəri;
  • üz, gözətrafı və selikli qişalara çəkilməsi.

Əlavə təsirlər

  • yanma, qızartı, ağrı hissi (xüsusən ilk istifadələrdə);
  • qaşınma, dərinin quruluğu;
  • tozunu və ya qalıqlarını inhalyasiya etdikdə öskürək, asqırma.

Qarşılıqlı təsir

Yerli istifadədə klinik əhəmiyyətli qarşılıqlı təsir məlum deyil. Çəkilən sahəyə istilik mənbəyi tətbiq edilmir.

Hamiləlik və laktasiya

Hamiləlik və laktasiya dövründə istifadə məsələsini həkim həll edir.

Uşaqlar

Uşaqlarda istifadə edilmir.

Bu təsiredici maddə ilə preparatlar

Azərbaycanda Kapsaisin ilə qeydiyyatda olan preparatlar. Onlarda eyni təsiredici maddə var, lakin doza, forma və köməkçi maddələr fərqlənə bilər. Konkret preparatı həkim seçir, aptekdə əvəzetmə barədə əczaçı ilə məsləhətləşin.

Kapsador — qablaşdırma

Kapsador

Berko İlaç Ve Kimya San AŞ, Türkiyə

Tez-tez verilən suallar

Bu, kapsaisinin təsir mexanizminin bir hissəsidir. Adətən müalicə davam etdikcə zəifləyir. Dözülməz yanma olarsa, həkimə müraciət edin.

Xeyr. Belə plastir tibb müəssisəsində həkim nəzarəti ilə tətbiq edilir.

Həkimlər

Bu qrupdan digər dərmanlar

Bupivakain

Bupivacainum

Bupivasin Spinal Hevi, Bukain Hevi və b.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk