Təsiredici maddə

Essitalopram — selektiv serotonin geri udulması inhibitorları (SSGİ) qrupundan antidepressantdır. Depressiyada, panik pozuntuda, generalizə olunmuş narahatlıqda, sosial narahatlıqda və obsessiv-kompulsiv pozuntuda istifadə olunur.

Latın adı
Escitalopramum
Ticarət adları
Deploram-S, Dorepam, Eliseya, Escita, Espram, Essopramin Siyahı
ATC kodu
N06AB10
Farmakoloji qrup
Antidepressantlar
Dərman formaları
  • Tablet

Diqqət!

Dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Bu səhifədəki məlumat tanışlıq üçündür və həkim məsləhətini əvəz etmir.

Nə üçün istifadə olunur

  • depressiv epizodlar;
  • panik pozuntu (aqorafobiya ilə və ya onsuz);
  • sosial narahatlıq pozuntusu;
  • generalizə olunmuş narahatlıq pozuntusu;
  • obsessiv-kompulsiv pozuntu.

Necə təsir edir

Essitalopram sitalopramın aktiv izomeridir və serotonin daşıyıcısını yüksək seçiciliklə bloklayır. Digər reseptorlara təsiri minimal olduğundan əlavə təsirlərin bir qismi daha az ifadə olunur.

Kimlərə olmaz

  • essitaloprama və ya sitaloprama qarşı yüksək həssaslıq;
  • MAO inhibitorları ilə birlikdə qəbul;
  • QT intervalının uzanması (anadangəlmə və ya qazanılmış);
  • QT intervalını uzadan dərmanlarla birlikdə qəbul.

İntihar düşüncələri

Müalicənin əvvəlində narahatlıq və intihar düşüncələri güclənə bilər — dərhal həkimə məlumat verin.

Əlavə təsirlər

  • ürəkbulanma;
  • yuxusuzluq və ya yuxululuq;
  • cinsi funksiyanın pozulması;
  • tərləmə, yorğunluq;
  • QT intervalının uzanması (yüksək miqdarlarda, yaşlılarda);
  • hiponatriemiya, qanaxma riskinin artması.

Qarşılıqlı təsir

  • QT intervalını uzadan dərmanlar — aritmiya riski.
  • MAO inhibitorları, tramadol, triptanlar — serotonin sindromu.
  • Omeprazol, simetidin — essitalopramın səviyyəsi artır.
  • Antikoaqulyantlar, qeyri-steroid iltihab əleyhinə vasitələr — qanaxma riski.

Hamiləlik və laktasiya

Hamiləlikdə və laktasiya dövründə yalnız həkimin qərarı ilə istifadə olunur.

Uşaqlar

Uşaqlarda və yeniyetmələrdə istifadə tövsiyə olunmur (bəzi ölkələrdə yeniyetmələrdə depressiyada icazəlidir — qərarı psixiatr verir).

Bu təsiredici maddə ilə preparatlar

Azərbaycanda Essitalopram ilə qeydiyyatda olan preparatlar. Onlarda eyni təsiredici maddə var, lakin doza, forma və köməkçi maddələr fərqlənə bilər. Konkret preparatı həkim seçir, aptekdə əvəzetmə barədə əczaçı ilə məsləhətləşin.

Deploram-S — qablaşdırma

Deploram-S

Abdi İbrahim İlaç San ve Tic AŞ, Türkiyə

Dorepam — qablaşdırma

Dorepam

Ali Raif İlaç San AŞ, Türkiyə

Escita — qablaşdırma

Escita

Nobel İlaç San Ve Tic Aş, Türkiyə

Espram

Aktavis Ltd, Malta

Essopramin

Bilim İlaç San ve Tic AŞ, Türkiyə

Estolam — qablaşdırma

Estolam

Santa Farma İlaç San AŞ, Türkiyə

Sevpram — qablaşdırma

Sevpram

Helba İlaç İç Ve Diş San Ve Tic AŞ / Merkez Laboratuari İlaç San Ve Tic AŞ, Türkiyə

Espa 10

Biofarma İlaç San Ve Tic AŞ, Türkiyə

Espa 20

Biofarma İlaç San Ve Tic AŞ, Türkiyə

Estoreks

Farmevo LTD, Pakistan

Medolapram-WM

Vörld Medisin İlaç San Ve Tic AŞ / İlko İlaç San Ve Tic AŞ, Türkiyə

Digər ticarət adları

Azərbaycanda Essitalopram təsiredici maddəsi ilə qeydiyyatda olan preparatlar. Onların hamısında eyni təsiredici maddə var, lakin doza, forma və köməkçi maddələr fərqlənə bilər. Konkret preparatı həkim seçir, aptekdə əvəzetmə barədə əczaçı ilə məsləhətləşin.

Ad İstehsalçı Ölkə
Espa Biofarma İlaç San Ve Tic AŞ Türkiyə

Tez-tez verilən suallar

Qəbul vaxtını həkimlə müzakirə edin — bəziləri üçün axşam, bəziləri üçün səhər qəbulu daha uyğundur.

Spirt depressiya və narahatlığı ağırlaşdırır və dərmanın təsirini dəyişə bilər; müalicə dövründə ondan çəkinmək tövsiyə olunur.

Bu mövzuda məqalələr

Bu qrupdan digər dərmanlar

Amitriptilin

Amitriptylinum

Amitriptilin Qrindeks, Amitriptilin Hidroxlorid Oz

Duloksetin

Duloxetinum

Dulaksat, Depratal və b.

Fluoksetin

Fluoxetinum

Farluksetin, Fridep və b.

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk