• Kolonoskopiya — 96 AZN
  • Qastroskopiya (narkozsuz) — 72 AZN
  • 31 dekabra qədər
Qastroskopiya və kolonoskopiyaya 20% endirim
Aortal stenoz

Aortal stenoz (AS) — ən geniş yayılmış ürək qüsurlarından biridir. Bu xəstəlik zamanı insan orqanizminin ən böyük arteriyasının başlanğıc hissəsi daralır. Patoloji proses sol mədəciklə aortu birləşdirən yarımay qapağını zədələyir.

Yayımlanma tarixi:

Sinonimlər

  • Aorta qapağının stenozu
  • aorta ağzının daralması

Aortal stenoz (AS) — ən geniş yayılmış ürək qüsurlarından biridir. Bu xəstəlik zamanı insan orqanizminin ən böyük arteriyasının başlanğıc hissəsi daralır. Patoloji proses sol mədəciklə aortu birləşdirən yarımay qapağını zədələyir. Normal halda o, üç tay vasitəsilə diastola zamanı (yığılmalar arasında ürək əzələsinin boşalması) qanın aortadan mədəcik boşluğuna əks axınının qarşısını alır. Yarımay qapağının patoloji daralması qanın ürəkdən digər orqanlara axınını çətinləşdirir və onlar kifayət qədər oksigen və qida maddələri almır.

Xəstəlik haqqında

Ürək qapaqlarının yuxarıdan görünüşü; ürək (sxem). Mənbə: Servier Medical Art, CC BY 4.0
Ürək qapaqlarının yuxarıdan görünüşü; ürək (sxem). Mənbə: Servier Medical Art, CC BY 4.0

Aortal stenoz zamanı aorta ilə mədəcik boşluğu arasında nəzərəçarpacaq təzyiq fərqi yaranır və miokarda yük bütün şöbələrdə artır. Zaman keçdikcə pasiyentdə ifadəli hemodinamik pozğunluq inkişaf edir. Kişilərdə bu patoloji qadınlara nisbətən 3-4 dəfə daha çox diaqnoz edilir. Adətən bu tip ürək qüsuru digər qapaq defektləri ilə birlikdə inkişaf edir. Yarımay qapağının izolə olunmuş zədələnməsi çox nadir hallarda, cəmi 1,5% hallarda rast gəlinir.

Səbəbləri

Aortal stenozun səbəbləri və risk faktorları
Aortal stenozun səbəbləri və risk faktorları

Aortanın ağızlığının qazanılmış patoloji daralması ən çox qapaq taylarının revmatik zədələnməsindən sonra yaranır. Bu patologiya fonunda qapaq tayları deformasiyaya uğrayır, sıx və rigid olur, bir-biri ilə bitişir. Bundan əlavə, aortal stenozun inkişafına aşağıdakılar səbəb ola bilər:

  • Aortanın aterosklerozu;
  • Infeksion endokardit;
  • Sistemik qırmızı qurd eşənəyi;
  • Yaşla əlaqədar kalsinoz (əhənglənmə) yarımayvari qapağın və s.

İlkin stenoz anadangəlmə anomaliyalar zamanı müşahidə olunur:

  • Iki taylı aortal qapaqda;
  • Ana bətnində inkişaf zamanı aortanın ağızlığının daralmasında.

Anadangəlmə yarımayvari qapaq qüsuru adətən 30 yaşa qədər özünü göstərir, qazanılmış isə 60 yaşdan sonra təzahür edir. Aortal stenozun formalaşma prosesini sürətləndirən mənfi amillər siqaret çəkmə, arterial hipertenziya, hiperxolesterinemiya hesab olunur.

Təsnifat

Aortal stenozun mərhələləri
Aortal stenozun mərhələləri

İlk növbədə patoloji mənşəyinə görə aşağıdakılara təsnif edilir:

  • Anadangəlmə (ilkin), müstəqil xəstəlik kimi yaranan;
  • Qazanılmış (ikinci dərəcəli), digər patologiyaların fonunda inkişaf edən.

Lokalizasiyasına görə aortal stenoz 3 növə bölünür:

  • Qapaqüstü, ən çox rast gəlinən, 60% hallarda diaqnoz edilir;
  • Qapaqüstü, pasiyentlərin 6-10%-də rast gəlinir;
  • Qapaqaşağı, 25-30% hallarda aşkarlanır.

Aortal stenozun dərəcələr üzrə təsnifatı təzyiq qradiyenti nəzərə alınmaqla aparılır. Bu terminlə yarımay qapağından əvvəl və sonra sol mədəcikdə qan təzyiqi fərqi nəzərdə tutulur. Daralma nə qədər ifadəlidirsə, təzyiq bir o qədər çox artır.

Qradiyentə görə təsnifat aortal stenozun 4 dərəcəsini əhatə edir:

  • Daralma cüzidir, qapaq dəliyi 1,2 sm2-dən artıqdır, təzyiq qradiyenti 10-35 mm c.st.
  • Orta dərəcəli stenoz, dəliyin sahəsi 1,2 -0, 75 sm2, qradiyent 36-65 mm c.st.
  • Ağır dərəcəli striktura, qapaq dəliyi 0,74 sm2-dən azdır, qradiyent isə 65 mm c.st.-dən artıqdır.
  • Kritik, dəliyin lümeni 0,5-0,7 sm2-yə qədər daralmışdır, qradiyent isə 80 mm c.st.-dən yüksəkdir.

Patoloji proses hemodinamik pozğunluqların ifadəliliyindən asılı olaraq bir neçə mərhələyə bölünür.

  • Kompensə olunmuş. Aortanın cüzi daralma dərəcəsi. Qapaq defekti yalnız ürəyin auskultasiyası zamanı aşkarlana bilər. Ürək əzələsi demək olar ki, dəyişmədən fəaliyyət göstərir.
  • Gizli ürək çatışmazlığı. Pozğunluqlar döş qəfəsinin rentgenoqrafiyasında və EKQ-də aşkarlanır. Bu mərhələdə pasiyentlərdə səhhətin pisləşməsinə dair ilk şikayətlər yaranır.
  • Nisbi koronar çatışmazlıq. Yarımay qapağı ilə sol mədəcik birləşməsinin yerində nəzərəçarpacaq patoloji dəyişikliklər yaranır. Pasiyentlərin vəziyyəti pisləşir, irəli sürülən şikayətlərin sayı artır.
  • İfadəli ürək çatışmazlığı. Pasiyentlərin ümumi vəziyyəti xeyli pisləşir, ürək və tənəffüs sisteminin işində ciddi pozğunluqlara dair spesifik şikayətlər yaranır.
  • Terminal. Ürəyin ağır dərəcəli çatışmazlığı, əksər hallarda letal nəticə ilə başa çatır.

Klinik mənzərə

Aortal stenozun əsas əlamətləri
Aortal stenozun əsas əlamətləri

Kompensə olunmuş mərhələdə, cüzi dəyişikliklər olduqda, pasiyentlər uzun müddət ciddi narahatlıq hiss etmirlər. Aortal stenozun ilk əlamətləri aortanın lümeni təxminən 30% daraldıqdan sonra yaranır. Bu vaxt ürək gücləndirilmiş işlə qapaq defektini kompensasiya etməyi dayandırır və insan hiss etməyə başlayır:

  • Əzələ zəifliyi;
  • Tez yorulma;
  • Fiziki gərginlik zamanı təngnəfəslik;
  • Səbəbsiz ürəkdöyünmənin sürətlənməsi.

Bu simptomlara əsasən ürək patologiyasının inkişafından şübhələnmək çətindir, buna görə də bir çox insanlar kardioloqa müraciət etməyə tələsmirlər. Xəstəlik proqressivləşdikcə ürək zədələnməsinin spesifik əlamətləri meydana çıxır:

  • Ürək ritminin pozulması;
  • Ürəkdöyünmənin qeyri-müntəzəmliyi hissi;
  • Ara-sıra yaranan, sıxıcı, sıxan və ya dartıcı döş arxası ağrılar;
  • Fiziki yük zamanı, ondan sonra və sakit vəziyyətdə təngnəfəslik.

Bu əlamətlər qeyri-spesifik simptomatika ilə tamamlanır:

  • Aşkar ödemin meydana çıxması;
  • Tez-tez başgicəllənmələr, baş ağrıları;
  • Zəiflik, tez yorulma;
  • Arabir huşun itirilməsi.

Əlavə olaraq yanaşı kardioloji xəstəliklər və ya digər orqanların patologiyaları olduqda klinik mənzərə fərqli ola bilər.

Oxşar əlamətlər aşkar etmisinizsə, nə etməli?

  1. Özünüzü müalicə etməyin

    Özbaşına müalicə sağlamlıq üçün təhlükəlidir. Dəqiq diaqnoz olmadan müalicəyə başlamaqla vaxt itirə və yanlış yol seçə bilərsiniz.

  2. Mütləq həkimə müraciət edin

    Yalnız ixtisaslı həkim dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilər. Hansı mütəxəssisə getməli olduğunuzu bilmirsinizsə, terapevtə yazılın — o, sizi lazımi həkimə yönləndirəcək.

  3. Müalicəni təxirə salmayın

    İlk əlamətlər yaranan kimi başlanmış müalicə daha effektiv olur və ağırlaşmaların qarşısını almağa kömək edir.

  4. Bizə müraciət edin — mütləq kömək edəcəyik

    *1103

Diaqnostika

Aortal stenozun diaqnostikası
Aortal stenozun diaqnostikası

İlk növbədə kardioloq anamnez toplayır, pasiyentin şikayətlərini dinləyir və fizikal müayinə aparır. Bu patologiyanın aşkarlanması zamanı diaqnostik tədbirlər bunlardır:

  • Elektrokardioqramma, hansı ki, sol qulaqcıq və mədəciyin böyüməsi, blokadalar, aritmiyanı aşkar edir;
  • Döş qəfəsinin rentgenoqrafiyası, hansı ki, sol mədəciyin böyüməsini, ağızlığın kalsinozunu, zədələnmiş stenoz sahəsindən yuxarıda yerləşən aorta hissəsinin genişlənməsini göstərir;
  • Exokardioqrafiya, hansı ki, aortal qapağın qalınlaşmış və ölçücə böyümüş tayları, hipertrofiya olunmuş sol mədəcik, yarımayvari qapağın giriş dəliyinin daralmış mənfəzi görünür.

Diaqnoz dəqiqləşdirilərkən invaziv diaqnostik metod da tətbiq oluna bilər – ürək boşluqlarının kateterizasiyası (zondlanması). Onun nəticələrinə əsasən mütəxəssis yarımayvari qapağın keçiricilik qabiliyyətinin azalmasını və təzyiq nisbətinin dəyişməsini aşkarlaya bilər.

Qanın və sidiyin laborator müayinələri yardımçı xarakter daşıyır.

Müalicə

Aortal stenozun müalicə istiqamətləri
Aortal stenozun müalicə istiqamətləri

Müalicə strategiyasının seçimi qapağın keçiricilik dərəcəsi və simptomların ifadəlilik dərəcəsi ilə müəyyən edilir. Aortal stenozun müalicəsində əsas istiqamətlər dərman terapiyası və cərrahi müdaxilədir.

Dərman müalicəsi az effektlidir. Ürək qapağının daralmasını dayandıra və dəliyinin mənfəzini bərpa edə bilən preparatlar mövcud deyil. Konservativ terapiya simptomatikanı yüngülləşdirmək məqsədi ilə aparılır. Pasiyentə müəyyən preparatlar təyin oluna bilər, hansı ki:

  • Ürək ritmi pozğunluqlarını nəzarətdə saxlaya bilər;
  • Arterial təzyiqi azalda bilər;
  • Döş sümüyü arxasında olan ağrıları aradan qaldırmaq.

Belə terapiya həm əməliyyatdan əvvəl, həm də ondan sonra aparılır.

Cərrahi müalicə

Bu, pasiyenti kardioloji problemdən xilas etməyin ən təsirli üsuludur. Qapaq defektini aradan qaldırmaq üçün bir neçə əməliyyat növündən istifadə olunur.

  • Aortal ballon valvuloplastika. Aortanın mənfəzini genişləndirmək üçün onun içinə xüsusi bir balon daxil edilir.
  • Qapağın plastikasiyası. Aşkar stenoz zamanı qapağın dəyişilmiş struktur elementlərinin kəsilməsi aparılır.
  • Protezləşdirmə. Pasiyentə yeni qapaq implantasiya edilir. O, həm bioloji, həm də mexaniki ola bilər.

Reabilitasiya

Əməliyyatdan sonrakı ilk həftə pasiyent stasionarda qalır. Orada ona sutka boyu mütəxəssislər nəzarət edirlər. Evə yazılarkən müalicə edən həkim qidalanma, fiziki aktivlik və həyat tərzi ilə bağlı tövsiyələrin siyahısını verir. Onlara qeyd-şərtsiz əməl etmək lazımdır. Həmçinin bərpa dövründə mütəmadi olaraq kardioloqa müraciət etmək və müayinə olunmaq lazımdır.

Profilaktika

Profilaktik tədbirlər aorta stenozunu provokasiya edə bilən xəstəliklərin və patoloji vəziyyətlərin inkişafının qarşısının alınmasına yönəlir. Aypara qapağın ilkin dəyişiklikləri aşkar edilmiş şəxslər və risk qrupuna daxil olan pasiyentlər mütəmadi olaraq kardioloq və revmatoloq tərəfindən müayinə olunmalıdırlar.

Yadda saxla!

Aortal qapaq stenozu – təhlükəli patologiyadır, hansı ki, diaqnoz qoyulduqdan beş il sonra ölümə gətirib çıxara bilər. Müalicə olmadıqda pasiyentdə ciddi, çox vaxt həyati təhlükə yaradan ağırlaşmalar inkişaf edir:

  • Miokard infarktı;
  • Beyin işemiyası (beyin qan dövranının pozulması);
  • Həzm traktının geniş daxili qanaxmaları;
  • Ağır ürək çatışmazlığı.

Aortal stenoz bir çox cəhətdən ateroskleroza bənzəyir və onilliklər ərzində simptomsuz inkişaf edə bilər. Bu, çox təhlükəlidir, çünki patoloji proses davamlı olaraq proqressivləşir, ürək isə kəskin şəkildə aşınır. Sağlamlıq və həyat üçün mənfi nəticələrin qarşısını almaq üçün özünüzü diqqətlə izləmək və ürək fəaliyyətində pozğunluğu göstərən hər hansı əlamət meydana çıxdıqda dərhal kardioloqa müraciət etmək lazımdır. Bu patologiyada yalnız vaxtında diaqnostika və düzgün təyin edilmiş müalicə həyatı uzatmağa imkan verəcəkdir.

Suallar və cavablar

Müalicə olmadıqda belə diaqnozu olan pasiyentlərin 50%-i diaqnoz qoyulduğu andan etibarən üç ildən artıq yaşamır.

Patologiyadan xilas olmağın yeganə üsulu cərrahi müdaxilədir. Əməliyyatın növünü həkim dəyişikliklərin genişliyinə əsasən müayinədən sonra təyin edəcək.

Mövzu üzrə məqalələr

Arterial hipertoniya

Arterial hipertoniya (AH) – ürəyin və damarların ən geniş yayılmış xəstəliklərindən biridir. Xəstələrin əksəriyyəti müəyyən vaxta qədər xəstə…

İstiqamət: Kardiologiya

Konsultasiya alın

Bu əlamətləri özünüzdə görürsünüzsə, həkimə müraciət etməyi təxirə salmayın. Vaxtında konsultasiya ağırlaşmaların qarşısını almağa kömək edir.

Ətraflı məlumat almaq və qəbula yazılmaq üçün bizə zəng edin:

*1103

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk