• Kolonoskopiya — 96 AZN
  • Qastroskopiya (narkozsuz) — 72 AZN
  • 31 dekabra qədər
Qastroskopiya və kolonoskopiyaya 20% endirim
Miokard infarktı

Miokard infarktı — ürək işemik xəstəliyinin kəskin formasıdır, bu zaman miokardın (ürək kütləsinin əsas hissəsinin) qan təchizatı tam və ya qismən dayanır.

Yayımlanma tarixi:

Sinonimlər

  • Ürək tutması

Xəstəlik haqqında

Koronar arteriyanın tıxanması və ürək əzələsinin zədəsi (sxem). Mənbə: BruceBlaus (Blausen Medical), CC BY 3.0, Wikimedia Commons
Koronar arteriyanın tıxanması və ürək əzələsinin zədəsi (sxem). Mənbə: BruceBlaus (Blausen Medical), CC BY 3.0, Wikimedia Commons

Miokard infarktı — ürək işemik xəstəliyinin kəskin formasıdır, bu zaman miokardın (ürək kütləsinin əsas hissəsinin) qan təchizatı tam və ya qismən dayanır.

Belə vəziyyət çoxlu sayda ürək liflərinin ölümü (nekrozu) ilə nəticələnir. Ürəyin işi pozulur, bunun nəticəsində bütövlükdə qan təchizatı sistemi zərər görür. Bu, toxuma və orqanların oksigen aclığına, boğulmaya, beyin funksiyalarının pozulmasına, ağır hallarda isə ürəyin dayanmasına gətirib çıxarır.

Miokard infarktı ürəkdə geri dönməz dəyişikliklər yaradan təhlükəli xəstəlikdir. Xəstəlik əsasən 50 yaşdan yuxarı insanlarda rast gəlinir. Yaş artdıqca infarktın riski əhəmiyyətli dərəcədə artır. Bununla belə, daha gənc yaşda olan insanlar da xəstəlik riskinə məruz qalırlar.

Miokard infarktına ilk şübhə və simptomların təzahürü zamanı dərhal insan həyatı üçün təhlükə yaradan vəziyyətin aradan qaldırılması üçün təcili yardım çağırmaq lazımdır.

Səbəbləri

Miokard infarktının səbəbləri və risk faktorları
Miokard infarktının səbəbləri və risk faktorları

Miokard infarktının inkişafının əsas səbəbləri ateroskleroz və koronar arteriyaların spazmıdır, bunlar onların mənfəzinin daralmasına səbəb olur.

Bundan əlavə, xəstəliyin inkişafına meyilləndirici amillər ola bilər:

  • Qan laxtalanma qabiliyyətinin pozulması zamanı trombozlar (koaqulopatiyalar);
  • şəkərli diabet;
  • hipertonik kriz;
  • obezlik;
  • ürək işemik xəstəliyi və stenokardiya fonunda həddindən artıq fiziki yüklənmələr və psixoemosional gərginlik;
  • alkoqoldan və tütünçəkmədən sui-istifadə.

Klinik mənzərə

Miokard infarktının təcili əlamətləri
Miokard infarktının təcili əlamətləri

Xəstəliyin təzahürləri fərdidir və miokard nekrozunun miqyasından, infarktın gediş mərhələsindən və ümumən insanın ürək-damar sisteminin vəziyyətindən asılıdır. Şəkərli diabetdən əziyyət çəkənlərdə tutma hətta tamamilə ağrısız keçə bilər.

Miokard infarktının aşağıdakı mərhələləri və onlara xas simptomlar ayırd edilir:

  • İnfarktöncəsi vəziyyət. Təxminən 45% pasiyentdə müşahidə olunur, qalanlarında xəstəlik qəfil başlayır. Bu dövr güclü döş sümüyü arxası ağrı ilə müşayiət olunan stenokardiyanın təkrarlanan tutmaları ilə xarakterizə olunur. Ümumi vəziyyət dəyişir – psixoemosional fon aşağı düşür, halsızlıq və qorxu hissi yaranır. Bu mərhələdə stenokardiya tutmalarını aradan qaldırmaq üçün dərman preparatlarının effektivliyi azalır.
  • İnfarktin ən kəskin fazası. Yarım saatdan bir neçə saata qədər davam edə bilər. Pasiyent əsasən sol tərəfə (qol, ön qol və çiyin, körpücükaltı sahə, kürəklərarası sahə, kürək sümüyü, boyun və aşağı çənə, bəzən epiqastral nahiyə) yayılaraq döş sümüyü arxasında güclü yandırıcı, sıxıcı (anginoz) ağrı hiss edir. Ağrı bir neçə dəqiqə ərzində öz pik həddinə çatır, sonra isə dalğavari şəkildə bir saat və daha uzun müddət davam edir.
  • Kəskin dövr. 2 sutkayadək davam edir. 10 günə və daha uzun müddətə qədər residivlər mümkündür. Bu mərhələdə adətən sıxıcı ağrı azalır. Ürək ritminin pozulması, arterial təzyiqin aşağı düşməsi qalır. Əgər anginoz ağrı çəkilmirsə, bu, infarktin uzunmüddətli gedişini və ya ürəyin seroz qişasının iltihabı (epistenokardial perikardit) şəklində ağırlaşmanı göstərir.
  • Yarımkəskin dövr. Bir ayadək davam edə bilər və ümumi vəziyyətin yaxşılaşması, bədən temperaturunun normallaşması, tənəffüsün, ürək ritminin bərpası ilə xarakterizə olunur.
  • İnfarktdan sonrakı vəziyyət. Bu, 6 ayadək davam edə bilən kəskin fazanın yekun mərhələsidir. Nekrozla zədələnmiş toxuma sahələrinin yerində sıx çapıq əmələ gəlir. Ümumilikdə vəziyyət stabilləşir, xəstəliyin klinik təzahürləri yox olur, laborator və fiziki göstəricilər normaya qayıdır. Miokardın geniş zədələnməsi zamanı ürək çatışmazlığı qala bilər.

Oxşar əlamətlər aşkar etmisinizsə, nə etməli?

  1. Özünüzü müalicə etməyin

    Özbaşına müalicə sağlamlıq üçün təhlükəlidir. Dəqiq diaqnoz olmadan müalicəyə başlamaqla vaxt itirə və yanlış yol seçə bilərsiniz.

  2. Mütləq həkimə müraciət edin

    Yalnız ixtisaslı həkim dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilər. Hansı mütəxəssisə getməli olduğunuzu bilmirsinizsə, terapevtə yazılın — o, sizi lazımi həkimə yönləndirəcək.

  3. Müalicəni təxirə salmayın

    İlk əlamətlər yaranan kimi başlanmış müalicə daha effektiv olur və ağırlaşmaların qarşısını almağa kömək edir.

  4. Bizə müraciət edin — mütləq kömək edəcəyik

    *1103

Diaqnostika

Miokard infarktının diaqnostikası
Miokard infarktının diaqnostikası

Miyokard infarktı simptomları meydana gəldikdə dərhal təcili yardım çağırılmalıdır. EKQ ilk tibbi təmas zamanı çəkilir və diaqnoz təsdiqləndikdə və ya ona yüksək şübhə olduqda xəstə təcili yardım briqadası tərəfindən təcili koronar angioqrafiya və stentləmə aparılan ixtisaslaşmış kardioloji mərkəzə hospitalizasiya olunur.

Miyokard infarktının diaqnostika metodları:

  • Laborator müayinələr: Ümumi qan analizi, biokimyəvi və kardiospesifik markerlərə görə: əsas marker – yüksək həssas troponin, köməkçi olaraq MB-KFK; AsAT və LDQ-1 hazırda infarktın diaqnostikası üçün istifadə edilmir.
  • İnstrumental tədqiqatlar: EKQ, kompüter tomoqrafiyası, MRT, Angioqrafiya, koronoqrafiya, exokardioqrafiya (ürəyin ultrasəs müayinəsi), Koronar arteriyaların optik koherens tomoqrafiyası (OKT).

Müalicə

Miokard infarktının müalicə istiqamətləri
Miokard infarktının müalicə istiqamətləri

Müalicə üsulları

Xəstənin vəziyyətini stabilləşdirmək və ölüm riskini azaltmaq məqsədilə xəstəxanayaqədər mərhələdə medikamentoz terapiya aparılır:

  • Koronar qan axınının bərpası. Mümkün olan ən qısa müddətdə həyata keçirilir: əsas üsul təcili koronar angioplastika və stentləmədir; bu, vaxtında mümkün olmadıqda simptomlar başlayandan sonrakı ilk saatlarda trombları həll edən preparatlar (tromboliz) yeridilir.
  • Ağrı sindromunun aradan qaldırılması. Arterial təzyiq aşağı olmadıqda nitratlar, zərurət olduqda narkotik analgetiklər tətbiq olunur.
  • Trombozun qarşısının alınması və ağırlaşmaların müalicəsi. Antiaqreqantlar və antikoaqulyantlar təyin olunur; aritmiya, ürək çatışmazlığı və kardiogen şok olduqda həkim müvafiq qrupdan olan preparatları fərdi qaydada seçir.

Diaqnostika mərhələsində aşkar edilmiş ürək damarlarının zədələnməsi zamanı əməliyyat aparılır.

Balonlu damardaxili angioplastika. Damarların keçiriciliyini bərpa etmək məqsədilə infarkt tutmasının diaqnostikasından sonrakı ilk saatlarda təxirəsalınmaz şəkildə aparılır. Əməliyyat damarların daralma səbəbini operativ şəkildə aradan qaldırmağa və aterosklerotik zədələnmələrin mənfi nəticələrinin qarşısını almağa imkan verir. Əməliyyat zamanı koronar arteriyalarda qan axınını normallaşdırmaq üçün damar daxilinə stent yerləşdirilir. Bu, damarın daralmış lümenini effektiv şəkildə bərpa etməyə və xəstəliyin mümkün residivinin qarşısını almağa imkan verir.

Miyokard infarktının təcili endovaskulyar müalicəsi zamanı lazım gəldikdə koronar arteriyaların optik koherens tomoqrafiyasından istifadə olunur. Bu metod damar zədələnməsi nahiyəsini ətraflı araşdırmağa və aterosklerotik lövhənin xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Cərraha hansı ölçüdə stent lazım olduğunu müəyyən etmək daha asan olur. Əməliyyat zamanı isə həkim damarların ən xırda hissələrini 3D rejimdə görür və stentin düzgün yerləşdirilib-yerləşdirilmədiyini anlaya bilir.

Profilaktika

Miokard infarktının profilaktikası
Miokard infarktının profilaktikası

Ürək-damar sistemi ilə bağlı problemləri olan hər bir şəxs miyokard infarktının profilaktikasına vaxtında diqqət yetirməlidir.

Xəstəliyin profilaktika üsulları:

  • Kifayət qədər fiziki aktivlik səviyyəsinin qorunması. Ürək əzələsinin adekvat yük və məşq alacağı hərəkətli həyat tərzi sürmək vacibdir.
  • Zərərli vərdişlərdən (alkoqol və tütün) imtina. Tütün və alkoqol şəklində narkotik vasitələrə həddindən artıq meyil damarların daralmasına və tıxanmasına, orqanizmin toksinlərlə çirklənməsinə səbəb olur, bu da ürəyin fəaliyyətinə mənfi təsir göstərir.
  • Sağlam qidalanma. Rasiondan yağlı və acı qidalar çıxarılmalı və kifayət qədər zülal, çiy tərəvəz və meyvə qəbul edilməlidir.
  • Kardioloqla müntəzəm konsultasiyalar. 40 yaşdan sonra EKQ müayinələri daxil olmaqla, müntəzəm olaraq həkim müayinəsindən keçmək tövsiyə olunur.

Kardioloqları miyokard infarktına meyilliliyin aşkar edilməsi və profilaktikanın təyin olunması üçün pasiyentlərə konsultasiya keçirirlər.

Yadda saxla!

Miokard infarktında hər dəqiqə önəmlidir: qan axını nə qədər tez bərpa olunarsa, ürək əzələsinin bir o qədər böyük hissəsi xilas edilir. Əlamətlərin öz-özünə keçməsini gözləməyin və xəstəxanaya özünüz maşın sürərək getməyin.

Aşağıdakı əlamətlər yaranarsa, dərhal təcili yardım çağırın:

  • döş sümüyünün arxasında 5 dəqiqədən artıq davam edən sıxıcı, yandırıcı və ya ağırlıq hissi verən ağrı;
  • ağrının sol qola, çənəyə, boyuna, kürəyə və ya qarının yuxarı hissəsinə yayılması;
  • soyuq tər, təngnəfəslik, ürəkbulanma, güclü zəiflik, ölüm qorxusu;
  • huşun itirilməsi.

Qadınlarda, yaşlılarda və şəkərli diabeti olanlarda infarkt ağrısız, yalnız təngnəfəslik, zəiflik və ya mədə narahatlığı ilə keçə bilər. Təcili yardım gələnə qədər oturun, fiziki gərginlikdən çəkinin.

Faydalı Məqalələr

Suallar və cavablar

Bütün infarkt keçirən xəstələrə əməliyyat tələb olunmur — taktika zədələnmənin miqyasından və damarların vəziyyətindən asılıdır. Bir çox hallarda daralmış arteriyanı açmaq üçün stentləmə (koronar angioplastika) aparılır, bəzən isə aorta-koronar şuntlama kimi daha geniş cərrahi müdaxilə lazım gəlir. Bəzi xəstələrdə isə dərman müalicəsi ilə kifayətlənmək mümkün olur. Konkret üsulu kardioloq və ürək-damar cərrahı birgə, müayinə nəticələrinə əsasən seçir.

Miokard infarktının fəsadları arasında ürək ritminin pozulması, ürək çatışmazlığı, ürək divarının cırılması, həmçinin ürəyin nasos funksiyasının zəifləməsi qeyd olunur. Bəzi hallarda infarktdan sonrakı dövrdə perikardit və ya trombların yaranması da müşahidə edilə bilər. Fəsadların ağırlığı zədələnmənin həcmindən, yardımın nə qədər tez göstərilməsindən və müşayiətedici xəstəliklərdən asılıdır. Buna görə infarktdan sonra kardioloqun müntəzəm nəzarəti vacibdir.

Bəli, bir dəfə infarkt keçirmiş insanlarda təkrar tutma riski ümumi əhaliyə nisbətən yüksəkdir, xüsusən aterosklerozun əsas səbəbləri — hipertoniya, şəkərli diabet, siqaret çəkmə — aradan qaldırılmadıqda. Risk dərman qəbulu, həyat tərzinin dəyişdirilməsi və müntəzəm kardioloji müayinələrlə azaldıla bilər. Dəqiq risk səviyyəsi hər xəstədə fərdi amillərdən asılı olaraq dəyişir. Reabilitasiya proqramına əməl etmək təkrar hadisələrin qarşısını almaqda mühüm rol oynayır.

Mövzu üzrə məqalələr

Arterial hipertoniya

Arterial hipertoniya (AH) – ürəyin və damarların ən geniş yayılmış xəstəliklərindən biridir. Xəstələrin əksəriyyəti müəyyən vaxta qədər xəstə…

İstiqamət: Kardiologiya

Konsultasiya alın

Bu əlamətləri özünüzdə görürsünüzsə, həkimə müraciət etməyi təxirə salmayın. Vaxtında konsultasiya ağırlaşmaların qarşısını almağa kömək edir.

Ətraflı məlumat almaq və qəbula yazılmaq üçün bizə zəng edin:

*1103

Lisenziyalar

Tibbi fəaliyyət lisenziyası

Biz İqtisadiyyat Nazirliyinin verdiyi tibbi lisenziyalar əsasında fəaliyyət göstəririk