Hər gün sizə 1 həkimimiz qayğı göstərir
onlardan:
- 1 Ekspert
Uroloq — sidik-ifrazat sisteminin, kişilərdə isə həm də cinsiyyət orqanlarının xəstəlikləri ilə məşğul olan həkimdir. Sistit, sidik daşı xəstəliyi, prostat vəzinin patologiyaları bu sahəyə daxildir.
İlkin qəbul 40 AZN
Check-up proqramı
Sağlamlığınızı bir gündə yoxlayın: konsultasiya, analizlər və müayinələr bir paketdə, ayrı-ayrılıqda olduğundan sərfəli qiymətə.
Uroloq kişi sidik-cinsiyyət sisteminin və qadın sidik sisteminin müxtəlif orqan xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşan həkimdir.
Həkimə vizit təxirə salına bilməz: xəstəliklə mübarizəyə nə qədər tez başlansa, problemi bir o qədər tez və asan həll etmək mümkün olar. Burada yüksək ixtisaslı həkimlər çalışır, onlar diqqətli və ağrısız diaqnostika aparacaq və ən effektiv müalicə sxemini seçəcəklər. Aşağıda göstərilən simptomlardan birini və ya bir neçəsini özündə aşkar etmək uroloqa müraciət zərurətinə dəlalət edir.
Kişi cinsiyyət sistemi xəstəlik və patologiyaları ilə bağlı bütün suallarınıza Uroloq-androloqlardan da konsultasiya ala bilərsiniz
Uroloq xidmətləri
Uroloq profilində diaqnostika, müalicə və profilaktika xidmətləri göstərilir. Hansı müayinənin lazım olduğunu həkim müayinədən sonra müəyyən edir.
- Biopsiya ilə sistoskopiya
- Böyrək kistasının çıxarılması
- Böyrəklərdən daşların çıxarılması (pielolitotomiya)
- Böyrəyin laparoskopik rezeksiyası
- HBA test
- Kişilərdə sidik saxlamamazlığı zamanı süni sfinkterin qoyulması
- Kompleks urodinamik müayinə (KUDM)
- MAR-Test
- Nefrektomiya
- Nefrostomanın qoyulması və dəyişdirilməsi
- Parauretral kistanın çıxarılması
- Perkutan nefrolitolopaksiya
- Prostat vəzinin transrektal USM-i (TRUSM)
- Prostatın biopsiyası
- Qadınlarda slinq əməliyyatları: TVT və TOT
- Sidik axarlarının strikturasının müalicəsi
- Sidik kisəsinin rezeksiyası
- Sidik kisəsinin sallanmasının müalicəsi
- Sistoskopiya
- Spermatozoidlərin DNT fraqmentasiyası
- Uretra şişinin TUR-u
- Uretranın plastikası
- Uretroskopiya
- Xayanın biopsiyası
Hansı hallarda Uroloqa müraciət etmək lazımdır?
- sidik ifrazı ilə bağlı problemlər;
- sidiyin qoxusunun, rənginin və həcminin dəyişməsi;
- uretradan ifrazatın olması;
- yanğı və qaşınma;
- ağrı və ya diskomfort hissi (qarnın aşağı hissəsində, belldə, aralıq nahiyəsində, qasıqda və cinsiyyət orqanlarında);
- toxumda hər hansı görünən dəyişikliklər (kişilərdə);
- cinsiyyət orqanlarının xarici görünüşünün dəyişməsi.
Nə müalicə edirik
Əməkdaşların yüksək ixtisası və ən müasir diaqnostik avadanlıq problemin səbəbini dəqiq aşkar etməyə və müalicəni uğurla aparmağa imkan verir. Pasiyentlərə həm müayinə, həm də müalicə zamanı tam məxfilik təmin olunur.
- Sidik axarı şişləri
- Sidik axarında daşlar
- Sidik kisəsi boynunun sklerozu
- Sidik kisəsi fistulası
- Sidik kisəsi şişi
- Sidik kisəsi xərçəngi
- Sidik kisəsində daşlar
- Sidik kisəsinin divertikulu
- Sidik kisəsinin leykoplakiyası
- Sidik kisəsinin travması
- Sidik ləngiməsi
- Sidik qaçırma
- Sidik sindromu
- Sidikdaşı xəstəliyi (urolitiaz)
- Sistit
- Sidik yollarının infeksiyası
Uroloqun diaqnostikası
Uretroskopiya və sistoskopiya uretra və sidik kisəsinin vəziyyətini qiymətləndirmək üçün istifadə olunan yüksək effektiv vizual diaqnostika üsullarıdır.
Endoskopik müayinələrdən əlavə, urologiyada Ultrasəs diaqnostikası da fəal tətbiq olunur. USM vasitəsilə prostat, sidik kisəsi, böyrəklər və digər orqanların vəziyyəti tədqiq edilir.
Rentgenoloji tədqiqat, Maqnit-rezonans tomoqrafiyası və ya Kompüter tomoqrafiyası.
Ən çox istifadə olunan diaqnostik üsullara ümumi qan analizi, cinsi yolla ötürülən infeksiyalara qan analizi, toxum mayesinin analizi, bakposev, prostat ifrazatının analizi və s. kimi laborator tədqiqatlar aiddir.
Müalicə üsulları
Uroloji xəstəliklərin konservativ müalicəsi
Klinikanın həkimləri uroloji xəstəliklərin həm konservativ, həm də operativ müalicəsinin müasir üsullarından istifadə edir. Belə fizioterapevtik üsullar (lazer və ultrasəs terapiyası) əla nəticələr göstərir. Kompleks müalicədə müxtəlif fizioterapevtik proseduraların (medikamentoz müalicəyə əlavə olaraq) tətbiqi xəstəliklə daha effektiv mübarizə aparmağa imkan verir, tam sağalmaya zəmanət verir, müalicə müddətini azaldır, həmçinin residiv ehtimalını minimuma endirir.
Bir sıra uroloji xəstəliklərin müalicəsinin optimal üsulu cərrahi əməliyyatdır.
Uşaqlarda hidronefroz: səbəbləri, dərəcələri və müalicə üsulları
Hidronefroz pieloureteral seqmentin (ləyən-sidik axarı birləşməsinin) keçiriciliyinin pozulması səbəbindən böyrəyin toplayıcı sisteminin genişlənməsi ilə xarakterizə olunan xəstəlikdir.
Qiymətlər
- Həkim-ordinator qəbulu 40 AZN
- Həkim-ekspertin qəbulu 60 AZN
- PhD qəbulu 80 AZN
- Təkrar həkim qəbulu 30 AZN
* Klinika rəhbərliyi saytda yerləşdirilmiş qiymət siyahısının vaxtında yenilənməsi üçün bütün tədbirləri görür, lakin mümkün anlaşılmazlıqların qarşısını almaq üçün xidmətlərin dəyərini qeydiyyat şöbəsində dəqiqləşdirməyi tövsiyə edirik. Yerləşdirilmiş qiymətlər ictimai oferta deyildir. Tibbi xidmətlər müqavilə əsasında göstərilir.
Uroloq həkimlərimiz
Faydalı Məqalələr
Mövzu üzrə məqalələr
Sidik qaçırma gündəlik həyatınıza mane olur?
Öskürəndə və ya qəfil sidiyə getmək ehtiyacı yarananda sidik qaçırma fərqli mexanizmlərlə əlaqəli ola bilər. Düzgün tipin müəyyənləşdirilməsi…
İstiqamət: Urologiya / Ginekologiya
MAR-testi: nəticə təkbaşına sonsuzluğu izah edirmi?
MAR-testi spermatozoidlərlə əlaqəli anticisimləri qiymətləndirə bilər. Lakin o, hər cütlük üçün ilkin müayinə deyil və təkbaşına reproduktiv diaqnoz…
İstiqamət: Reproduktologiya / Andrologiya
Xayadan nümunə götürülməsi: biopsiya ilə sperm axtarışı eynidirmi?
Xaya biopsiyası diaqnostik toxuma qiymətləndirilməsi və ya reproduktiv prosedurla əlaqəli ola bilər. Müdaxilənin məqsədi əvvəlcədən dəqiq izah edilməlidir.
İstiqamət: Andrologiya / Reproduktologiya
Sidik ifrazı zamanı ağrılar
Sidik ifrazı zamanı ağrı barədə bilinməli ən vacib məqam odur ki, belə simptom orqanizmdəki pozğunluğun əlamətidir. Pozğunluqlar müxtəlif…
İstiqamət: Urologiya
Uroloq qəbuluna yazılmaq
Həkim qəbuluna yazılmaq üçün aşağıdakı sahələri doldurun. Özümüz sizə zəng edəcəyik

